Qaynar xətt:

(+99450) 247 90 86

Bəzi yerlərdə qaz kəsiləcək - Xəbərdarlıq 

Bəzi yerlərdə qaz kəsiləcək - Xəbərdarlıq 

CƏMİYYƏT

76

11.08.2026, 19:49

Sabah Bakının Səbail və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Oxu24.com-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, saat 09:00-dan işlər başa çatanadək Səbail rayonunun M. Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B. Sərdarov və M. Rostropoviç küçələrinin, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.