Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?
27 Oktyabr 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
304
07.08.2026, 14:14
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyeva apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə İlduzə Hacıyevanin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov hadisə yerindən Arzumun xəstəxanaya aparan İlham İbrahimovun əlavə şahid kimi ifadə verməsi ilə bağlı vəsatət verib və vəsatət təmin edilib.
Təqsirləndirilənin vəkillərinin sonuncu vəsatəti isə baş verən hadisə ilə bağlı yenidən kompleks ekspertizanın təyin edilməsi ilə bağlı olub.
İlkin ekspertiza zamanı araşdırılmayan xüsüsatların yenidən araşdırılması məqsədi ilə yenidən avtoekspertiza, videogörüntü ilə bağlı ekspertiza və trassaloji ekspertizanın yenidən keçirilməsi istənilib.
Müşavirədən sonra vəkillərin bu vəsatətləri də təmin edilib.
Məhkəmənin növbəti prosesi qeyri müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Apellyasiya Məhkəməsində onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
00:42 / 27 Oktyabr 2026
69
00:00 / 27 Oktyabr 2026
69
23:43 / 26 Oktyabr 2026
90
23:30 / 26 Oktyabr 2026
74
23:16 / 26 Oktyabr 2026
88
23:08 / 26 Oktyabr 2026
75
22:58 / 26 Oktyabr 2026
83
22:56 / 26 Oktyabr 2026
84
22:51 / 26 Oktyabr 2026
69
22:34 / 26 Oktyabr 2026
403
22:30 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
84
22:11 / 26 Oktyabr 2026
75
22:04 / 26 Oktyabr 2026
92
22:02 / 26 Oktyabr 2026
86
21:58 / 26 Oktyabr 2026
75
21:53 / 26 Oktyabr 2026
200
21:44 / 26 Oktyabr 2026
78
21:32 / 26 Oktyabr 2026
79
21:30 / 26 Oktyabr 2026
81
21:05 / 26 Oktyabr 2026
1553
21:02 / 26 Oktyabr 2026
91
20:56 / 26 Oktyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.