Şəhid anası vəfat etdi
07 Oktyabr 2026, 02:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
282
06.08.2026, 23:07
Son illər onlayn mərc oyunlarının və müxtəlif qumar platformalarının artması ciddi problemə çevirib. Bu asılılıq təkcə maddi itkilərlə yekunlaşmır, həmçinin psixoloji sağlamlığa, ailə münasibətlərinə, sosial həyata da mənfi təsir göstərir. Psixoloqlar bildirirlər ki, digər asılılıqlar kimi qumarın da müalicə üsulları var.
Maraqlıdır ki, bu üsullar Azərbaycanda istifadə edilirmi? Ölkədə qumar asılılığından əziyyət çəkən şəxslər üçün müalicə və reabilitasiya imkanları mövcuddurmu?
Mövzuyla əlaqədar Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən Bizim.Media-ya verilən açıqlamada qeyd edilib ki, qumar asılılığı və digər patoloji asılılıqlar (alkoqol, narkotik maddə asılılığı və s.) kimi narkoloji xidmət çərçivəsində müalicə olunur.
“Qumar asılılığı olan şəxslər Respublika Narkoloji Mərkəzinə, digər narkoloji dispanserlərə və narkoloji xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. Zərurət olduqda psixiatriya profilli tibb müəssisələrində də müvafiq tibbi yardım göstərilir.
İlkin müraciət üçün ailə həkiminə müraciət etmək və ya birbaşa psixiatr-narkoloqun qəbuluna yazılmaq mümkündür. Müayinənin nəticələrinə əsasən pasiyent üçün fərdi müalicə və reabilitasiya planı müəyyən edilir”.
Açıqlamada qumarın müalicəsi üçün istifadə edilən üsullar da qeyd edilib:
“Hazırda yalnız qumar asılılığına həsr edilmiş ayrıca dövlət proqramı tətbiq edilməsə də, Respublika Narkoloji Mərkəzində və digər narkoloji müəssisələrdə pasiyentin klinik vəziyyətinə uyğun olaraq bioloji (farmakoloji) müalicə ilə yanaşı psixo-sosial reabilitasiya üsulları – koqnitiv-davranış terapiyası, motivasiya intervansiyası, ailə terapiyası və digər psixoterapevtik yanaşmalar tətbiq edilir. Müalicə prosesi fərdi yanaşma prinsipi əsasında həyata keçirilir və əsas məqsəd yalnız asılılığın aradan qaldırılması deyil, həm də şəxsin psixoloji vəziyyətinin sabitləşdirilməsi, sosial adaptasiyasının və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır”.
Bəs narkotik və alkoqol asılılığı kimi qumar asılılığı üçün də ixtisaslaşmış şöbə fəaliyyət göstərirmi?
“Qumar asılılığı üçün ayrıca ixtisaslaşmış şöbə fəaliyyət göstərmir. Qumar asılılığı mövcud narkoloji xidmət sistemi çərçivəsində psixiatr-narkoloqlar tərəfindən müasir müalicə və reabilitasiya üsulları əsasında idarə olunur.
Respublika Narkoloji Mərkəzində və digər narkoloji müəssisələrdə bu kateqoriyadan olan pasiyentlərə zəruri tibbi, psixoloji və psixo-sosial yardım göstərilir. Mövcud narkoloji xidmət infrastrukturu qumar asılılığı olan şəxslərin diaqnostikası, müalicəsi və reabilitasiyasının həyata keçirilməsinə imkan verir”, -deyə məlumatda vurğulanıb. Bizim.Media
02:27 / 07 Oktyabr 2026
12
02:18 / 07 Oktyabr 2026
87
01:44 / 07 Oktyabr 2026
58
00:44 / 07 Oktyabr 2026
64
00:32 / 07 Oktyabr 2026
226
00:10 / 07 Oktyabr 2026
87
23:58 / 06 Oktyabr 2026
61
23:41 / 06 Oktyabr 2026
100
23:27 / 06 Oktyabr 2026
154
23:10 / 06 Oktyabr 2026
87
22:57 / 06 Oktyabr 2026
96
22:50 / 06 Oktyabr 2026
93
22:38 / 06 Oktyabr 2026
107
22:35 / 06 Oktyabr 2026
121
22:30 / 06 Oktyabr 2026
235
22:28 / 06 Oktyabr 2026
88
22:25 / 06 Oktyabr 2026
100
22:22 / 06 Oktyabr 2026
3417
22:17 / 06 Oktyabr 2026
1617
22:12 / 06 Oktyabr 2026
69
22:10 / 06 Oktyabr 2026
414
22:10 / 06 Oktyabr 2026
72
21:42 / 06 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.