Qaynar xətt:

(+99450) 247 90 86

Məhkəməyə müraciət edənlərin NƏZƏRİNƏ: İclasda iştirak etməsəniz nə baş verəcək?   

Məhkəməyə müraciət edənlərin NƏZƏRİNƏ: İclasda iştirak etməsəniz nə baş verəcək?   

CƏMİYYƏT

66

05.08.2026, 12:09

Məhkəmə proseslərində iştirak etmək hər bir vətəndaşın hüquqi vəzifələrindən və hüquqlarından biridir. Lakin praktiki fəaliyyətdə iddiaçı və ya müraciət edən şəxslərin məhkəmə iclaslarına qatılmaması hallarına tez-tez rast gəlinir. Bir çox vətəndaşlar elə zənn edirlər ki, ərizə təqdim edildikdən sonra iclasda şəxsi iştirak vacib sayılmır. Əslində isə bu cür yanaşma qanunla müəyyən olunmuş qaydalara ziddir və ciddi hüquqi nəticələr doğura bilər. Məhkəməyə təqdim edilən iddia və ya ərizələrin baxılmadan saxlanılması riski məhz bu zaman ortaya çıxır. Mövzu ilə bağlı və iddiaçıların məhkəmə iclaslarına qatılma məcburiyyəti ilə bağlı yaranan suallara hüquq mütəxəssisi aydınlıq gətirib.

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Aynur Musayeva bildirib ki, məhkəməyə ərizə təqdim etdikdən sonra iclaslarda üzrsüz səbəbdən iştirak etməmək iddiaçı üçün arzuolunmaz nəticələrə gətirib çıxarır.

Vəkil prosesin hüquqi tərəflərini belə izah edib:

"Məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Buna görə üzürlü səbəb olduqda, məhkəməyə rəsmi şəkildə müraciət etməyiniz tələb olunur”.

Aynur Musayeva onu da əlavə edib ki, vətəndaşlar məhkəmə prosesində hüquqlarının tam və səmərəli müdafiə olunması üçün peşəkar vəkillərə müraciət edə, yaxud da iştirak edə bilməyəcəkləri təqdirdə məhkəməyə əvvəlcədən rəsmi ərizə ilə məlumat verə bilərlər.