Tramp benzinin qiymətinin artmasının əsas səbəblərini açıqladı
05 Oktyabr 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
184
02.10.2026, 22:23
Mənə Azərbaycandan maraqlı iş təklifləri gəlirdi. Amma mən xaricdə müasir sənayelərin təqdim etdiyi iş imkanlarindan yararlanmaq, ölkəmizə töhfəmi yeni müstəvidən vermək istəyirdim.
Oxu24.com xəbər verir ki, bunu ABŞ Ordusunda xidmət edən ilk azərbaycanlı qadın Kəmalə Surxay qızı Atakişiyeva Bizim.media-ya geniş müsahibəsində deyib.
O, ABŞ ordusunda xidmət etməsi məsələsinə qərar verməsindən danışıb:
"Bir gün həyat yoldaşımla Amerikada ən perspektivli karyera sahələrini müzakirə edirdik. Müzakirələrin sonunda ikimiz də bu qənaətə gəldik ki, ABŞ ordusunda xidmət eləmək gələcək üçün böyük fürsətlər yaradır. Elə həmin günün səhəri ABŞ Müdafiə Departamentinin Vaşinqtondakı şöbəsinə sorğu göndərdim. Tələblərini öyrəndim və 2-3 aylıq hazırlıqdan sonra qəbul imtahanınında 100 baldan 95-ni topladım. Eyni zamanda fiziki və sağlıq testlərindən də uğurla keçdim.
Ən çətin günlərim bundan sonra başladı. Bilirsiniz ki, Amerika ordusu dünyanın ən güclü ordusudur. Bu orduda xidmət keçmək, xüsusilə ilk 6 ayda çox-çox çətindir. İnanırsınız ki, xidmətimin ilk aylarında o qədər peşmanlıq çəkdim, öz-özümü danladım ki, "haradan başıma iş açdım.
Mən hərbi-hava qüvvələrinin helikopterlər bölməsində xidmətə başladım. Mənim işim helikopterlərin elektronika sistemlərinə nəzarət olsa da xidmətin ilk ayında çox çətin sınaqlardan keçdim. Bunları bir-bir sadalayıb vaxtınızı almaq istəmirəm. Amma qısaca onu deyim ki, Amerika filmlərində gördüyünüz ABŞ hərbçilərinin ağır təlimlərinin hamısını mən keçmişəm. Təsəvvür edin ki, biz ilk təlimlərə başlayanda 42 nəfər idi. Amma sonra 29 nəfər qalmışdı. Qalan yoldaşlarımız fiziki və psixoloji çətinliklər səbəbindən xidməti buraxmalı oldu".
O, həmçinin bildirib ki, 40 yaşından sonra siyasətə qoşulmaq istəyir:
"Mən təhlillər aparmışam. Ortaya çıxan fakt isə ondan ibarətdir ki, Amerikada hərbidən siyasətə gələnlər çox böyük uğur qazanır. Ən uğurlu və sevilən siyasətçilər, lap elə Con Kennedi zamanında hərbçi olub. Mən də bu yolla getmək istəyirəm, İnşallah".
22:02 / 05 Oktyabr 2026
9
21:57 / 05 Oktyabr 2026
34
21:53 / 05 Oktyabr 2026
46
21:50 / 05 Oktyabr 2026
3465
21:45 / 05 Oktyabr 2026
1473
21:40 / 05 Oktyabr 2026
37
21:37 / 05 Oktyabr 2026
41
21:26 / 05 Oktyabr 2026
41
21:18 / 05 Oktyabr 2026
53
21:11 / 05 Oktyabr 2026
48
21:05 / 05 Oktyabr 2026
63
20:59 / 05 Oktyabr 2026
78
20:53 / 05 Oktyabr 2026
62
20:50 / 05 Oktyabr 2026
80
20:47 / 05 Oktyabr 2026
535
20:41 / 05 Oktyabr 2026
61
20:15 / 05 Oktyabr 2026
70
19:54 / 05 Oktyabr 2026
93
19:49 / 05 Oktyabr 2026
89
19:34 / 05 Oktyabr 2026
195
19:20 / 05 Oktyabr 2026
75
19:03 / 05 Oktyabr 2026
97
19:00 / 05 Oktyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.