Türkiyə və İran arasında DANIŞIQ
13 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
235
02.10.2026, 22:37
Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə bu ölkənin lideri Si Szinpinə göndərdiyi təbrik məktubunda iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəyə çatdığı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyi vurğulanıb.
Təbrik məktubunda Putin Rusiya və Çinin bir sıra sahələrdə irimiqyaslı birgə layihələr həyata keçirdiyini, beynəlxalq məsələlərdə səylərini əlaqələndirdiyini bildirib. Rusiya Prezidenti məktubunda hər iki ölkənin çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində əməkdaşlıq etdiyini yazıb. Putin çinli həmkarı Si Szinpinin rəhbərliyi altında Çinin sosial-iqtisadi və elmi-texniki sahələrdə mühüm nailiyyətlər əldə etdiyini, regional və qlobal gündəmin aktual məsələlərinin həllində konstruktiv rol oynadığını vurğulayıb.
“Putinin Sinin ünvanına tərif dolu sözləri Rusiyanın Çindən artan asılılığına sübutdur. Kreml sahibi oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında təxminən 4 saatlıq çıxışında müxtəlif mövzularla yanaşı, Rusiya-Çin əməkdaşlığından da bəhs edib. Misal üçün Putin deyib ki, Çinin Sibirin zənginliklərinin istismarında rolu artıb, yeni layihələrin icrası gündəmdədir. Rusiya prezidenti Sibirdə neft və kimya sənayesinin inkişafı məqsədilə çinli tərəfdaşlarla sıx əməkdaşlıq içində olduqlarını xatırladıb. Bu misallar onun sübutudur ki, Çin Ukrayna müharibəsi səbəbindən Rusiya iqtisadiyyatının üzləşdiyi problemlərdən istifadə edir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparmasaydı, Rusiyanın Çindən bu qədər yatırıma ehtiyacı olmazdı”, - o vurğulayıb.
Politoloqun fikrincə, Rusiya-Çin artan əməkdaşlığı Qərbin diqqətindədir:
“Təsadüfi deyil ki, NATO Baş katibi Mark Rutte son açıqlamalarının birində Rusiya və Çinin müdafiə sənayesində əlaqələrinin sürətlə möhkəmləndiyini bildirib.
Rusiya prezidenti Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. İki ölkənin lideri bu sammitdə iqtisadi əlaqələrin inkişafı mövzusunun müzakirəsini davam etdirəcəklər. Putinin bu sammitlə bağlı başqa bir gözləntisi də var. Rusiya prezidenti həmin sammitdə Çin lideri ilə birgə, ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün keçiriləcəyinə ümidlidir. Tramp sammitdə iştirak edəcəyini açıqlasa da, üçtərəfli görüşə hələ razılıq verməyib. Putin Çində Trampla həm də ona görə görüşməyə çalışır ki, Kreml sahibi böyük ehtimalla ABŞ-da keçiriləcək “Böyük Səkkizlər”in zirvə toplantısına qatılmayacaq. Putin sammitə dəvətli olsa da, zirvə görüşündə avropalı həmkarlarıyla üz-üzə gəlmək istəmir”.
00:30 / 14 Oktyabr 2026
875
00:28 / 14 Oktyabr 2026
1298
00:11 / 14 Oktyabr 2026
515
00:09 / 14 Oktyabr 2026
149
23:55 / 13 Oktyabr 2026
400
23:55 / 13 Oktyabr 2026
137
23:55 / 13 Oktyabr 2026
169
23:54 / 13 Oktyabr 2026
157
23:43 / 13 Oktyabr 2026
142
23:41 / 13 Oktyabr 2026
193
23:33 / 13 Oktyabr 2026
123
23:24 / 13 Oktyabr 2026
688
23:15 / 13 Oktyabr 2026
190
23:02 / 13 Oktyabr 2026
348
22:57 / 13 Oktyabr 2026
153
22:49 / 13 Oktyabr 2026
302
22:47 / 13 Oktyabr 2026
159
22:43 / 13 Oktyabr 2026
130
22:25 / 13 Oktyabr 2026
1027
22:19 / 13 Oktyabr 2026
674
22:18 / 13 Oktyabr 2026
109
22:10 / 13 Oktyabr 2026
454
22:02 / 13 Oktyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.