Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
12 Noyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
345
02.10.2026, 22:52
Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyard manata yaxın vəsait nəzərdə tutulub.
Oxu24.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, ölkənin ətrafında məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır - həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə:
"Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq".
İlham Əliyev vurğulayıb ki, buna səbəb beynəlxalq hüququn tamamilə sıradan çıxmasıdır. O bildirib ki, buna əhəmiyyət verənlərin sayı kəskin azalır.
"Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var - ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq", - İlham Əliyev deyib.
19:19 / 12 Noyabr 2026
31
19:15 / 12 Noyabr 2026
29
19:09 / 12 Noyabr 2026
41
19:03 / 12 Noyabr 2026
48
18:58 / 12 Noyabr 2026
58
18:50 / 12 Noyabr 2026
61
18:42 / 12 Noyabr 2026
586
18:40 / 12 Noyabr 2026
65
18:32 / 12 Noyabr 2026
260
18:28 / 12 Noyabr 2026
68
18:26 / 12 Noyabr 2026
86
18:16 / 12 Noyabr 2026
98
18:15 / 12 Noyabr 2026
85
18:07 / 12 Noyabr 2026
93
17:53 / 12 Noyabr 2026
89
17:19 / 12 Noyabr 2026
101
16:25 / 12 Noyabr 2026
109
16:21 / 12 Noyabr 2026
123
15:55 / 12 Noyabr 2026
136
15:36 / 12 Noyabr 2026
571
15:15 / 12 Noyabr 2026
201
15:12 / 12 Noyabr 2026
121
14:15 / 12 Noyabr 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.