Qaynar xətt:

(+99450) 247 90 86

Məhəllədə sürülməyən maşına texniki baxış cəriməsi yazıla bilər? – Ekspertdən VACİB AÇIQLAMA  

Məhəllədə sürülməyən maşına texniki baxış cəriməsi yazıla bilər? – Ekspertdən VACİB AÇIQLAMA  

CƏMİYYƏT

77

31.07.2026, 14:55

Sürücülər arasında ən çox müzakirə olunan məsələlərdən biri idarə olunmayan, həyətdə və ya küçədə saxlanılan avtomobillərə texniki baxışla bağlı cərimələrin yazılmasıdır. Bir çox avtomobil sahibi texniki baxış müddəti bitsə də, nəqliyyat vasitəsini sürmədiklərini və saxladıqları yerdə cərimələndiklərini bildirirlər. Bu vəziyyət xüsusilə texniki nasazlıq səbəbindən uzun müddət hərəkətsiz qalan maşınların sahibləri tərəfindən ciddi narazılıqla qarşılanır. Sürücüləri maraqlandıran əsas sual isə sürmədikləri nəqliyyat vasitəsinə görə belə cərimənin tətbiq edilməsinin nə dərəcədə hüquqi əsasının olmasıdır. Mövzu ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün məsələnin qanunvericilikdə necə tənzimləndiyinə diqqət yetirmək lazımdır.

Məsələ ilə bağlı Oxu24.com-a nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov açıqlama verib.

Ekspert bildirib ki, sürücülər tərəfindən oxşar hallarla bağlı tez-tez müraciətlər ünvanlanır:

"Sürücülər tez-tez bildirirlər ki, maşını qapının ağzında saxlamışdılar, idarə etmirdilər və ya avtomobil texniki cəhətdən nasaz olduğu üçün uzun müddət hərəkətsiz qalmışdı, lakin buna baxmayaraq texniki baxışa görə cərimə yazılıb”.

Onun sözlərinə görə, qanunda məhz avtomobilin idarə olunması nəzərdə tutulur. Əgər avtomobil idarə olunursa və texniki baxışdan keçməyibsə, buna görə 50 manat cərimə nəzərdə tutulur. Lakin avtomobil idarə olunmursa, bu hala görə qanunla cərimə yazılması nəzərdə tutulmayıb.