Lavrov Pezeşkianla görüşəcək
18 Oktyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
67
18.10.2026, 22:54
Almaniyada Müsəlman Birliyi Hərəkatının (MBH) fəalları tərəfindən keçirilən aksiya təşkilatçıların əsl siyasi məqsədləri ilə bağlı ciddi suallar doğurur. Azərbaycan himninin səsləndirilməsi, üçrəngli bayrağımızın qaldırılması fonunda İran bayraqlarının nümayiş etdirilməsi və fars dilində şüarların yer aldığı plakatlardan istifadə olunması tədbirin sadəcə dini azadlıqların müdafiəsinə xidmət etmədiyi barədə şübhələri gücləndirir.
Aksiyada iştirak edənlər arasında Nardaran sakini, MBH üzvü və təşkilatın Almaniyadakı fəallarından olan Ələmdar Bünyadov da var. Onun bu hərəkatın Avropadakı fəaliyyətində iştirakı əvvəllər də gündəmə gəlib.
Diqqətçəkən məqam odur ki, Azərbaycan dövlətinin rəmzləri ilə yanaşı, İran bayraqları da nümayiş etdirilir. Bu isə haqlı sual yaradır: əgər məqsəd Azərbaycan vətəndaşlarının hüquqlarını müdafiə etməkdirsə, başqa bir dövlətin siyasi simvollarının aksiyada ön plana çıxarılmasına nə ehtiyac var?
Azərbaycan himninin səsləndirilməsi və dövlət bayrağının qaldırılması ilə hər nə qədər vətənpərvərlik görüntüsü yaratmağa çalışsalar da, tədbirdə İran simvollarının istifadəsi onun siyasi mahiyyətinə fərqli prizmadan yanaşmağı zəruri edir.
MBH ilə əlaqəli şəxslərin Azərbaycanda hicab məsələsini siyasi mübarizə vasitəsinə çevirməsi də diqqətdən yayınmır. Halbuki məktəblərdə vahid forma qaydalarının tətbiqi özlüyündə dini etiqad azadlığının məhdudlaşdırılması anlamına gəlmir. Təhsil müəssisələrində ümumi qaydaların müəyyənləşdirilməsi dövlətin səlahiyyətidir.
Bu baxımdan dini məsələlər üzərindən Azərbaycan dövlətinə qarşı xaricdə kampaniyaların aparılması, xüsusilə həmin tədbirlərdə İranın siyasi simvollarının nümayiş etdirilməsi təsadüfi görünmür. Belə fəaliyyətlər İranın regional maraqları uzlaşdığı göz önündədir.
Məsələnin digər ciddi tərəfi isə Almaniyanın mövqeyidir. Demokratik dövlət olaraq Almaniyanın dinc toplaşmaq azadlığını təmin etməsi başadüşüləndir. Lakin bu azadlıq ölkə ərazisinin mümkün xarici təsir şəbəkələrinin fəaliyyət meydanına çevrilməsinə laqeyd münasibət göstərilməsi demək olmamalıdır.
Berlin üçün əsas sual həmin aksiyaların kimlər tərəfindən maliyyələşdirilməsi, hansı mərkəzlərlə əlaqələndirilməsi və iştirakçıların fəaliyyətinin xarici siyasi dairələr tərəfindən istiqamətləndirilib-istiqamətləndirilməməsidir. Bu adi etiraz aksiyası deyil, xarici təsir və milli təhlükəsizlik məsələsidir.
Azərbaycan himnini səsləndirmək hələ Azərbaycan dövlətinin maraqlarını müdafiə etmək demək deyil. İran bayraqlarının müşayiəti ilə keçirilən belə aksiyalar təşkilatçıların siyasi loyallığı barədə ciddi suallar yaradır.
Azərbaycan bayrağından vətənpərvərlik görüntüsü yaratmaq üçün istifadə edənlər, ilk növbədə, hansı dövlətin maraqlarına xidmət etdiklərini aydınlaşdırmalıdırlar. Almaniya isə öz ərazisində mümkün radikal və xarici təsir şəbəkələrinin fəaliyyətini diqqətlə araşdırmalıdır. Çünki radikal meylli təşkilatların Almaniyanın özü üçün də başağrısı olma riski yüksəkdir.
23:49 / 18 Oktyabr 2026
1
23:32 / 18 Oktyabr 2026
46
23:21 / 18 Oktyabr 2026
54
22:03 / 18 Oktyabr 2026
88
21:52 / 18 Oktyabr 2026
78
21:31 / 18 Oktyabr 2026
94
21:26 / 18 Oktyabr 2026
104
21:20 / 18 Oktyabr 2026
78
21:13 / 18 Oktyabr 2026
147
21:08 / 18 Oktyabr 2026
102
20:58 / 18 Oktyabr 2026
74
20:39 / 18 Oktyabr 2026
97
20:25 / 18 Oktyabr 2026
110
20:09 / 18 Oktyabr 2026
138
19:56 / 18 Oktyabr 2026
164
19:42 / 18 Oktyabr 2026
198
19:30 / 18 Oktyabr 2026
899
19:19 / 18 Oktyabr 2026
110
19:09 / 18 Oktyabr 2026
84
18:55 / 18 Oktyabr 2026
684
18:50 / 18 Oktyabr 2026
87
18:47 / 18 Oktyabr 2026
118
18:37 / 18 Oktyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.