Məşhurlardan Prezidentə TƏBRİK: Siyahıda Flora Kərimova,Zeynəb Xanlarova,Aygün Kazımova da var
07 Noyabr 2026, 17:52
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
930
18.10.2026, 13:40
Müşfiq Cəfərov: “Əsl qardaşlıq bir-birinin suverenliyinə hörmət etməkdir”
Azərbaycan və Türkiyə arasındakı münasibətlər adi dövlətlərarası əlaqələrdən daha geniş məna daşıyır və ayrı-ayrı qrupların emosional çağırışları, sosial şəbəkələrdə aparılan kampaniyalar bu münasibətlərin ruhuna zərər verməməlidir.
Bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov Oxu24.com saytına açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Azərbaycan müstəqil və dünyəvi dövlətdir. Ölkə daxilində təhsil, ictimai münasibətlər və digər məsələlərlə bağlı qərarların qəbul edilməsi Azərbaycan dövlətinin müstəsna səlahiyyətidir. Hər bir dövlət öz qanunvericiliyinə, Konstitusiyasına və cəmiyyətinin xüsusiyyətlərinə uyğun siyasət müəyyən etmək hüququna malikdir. Bu baxımdan Azərbaycanın qəbul etdiyi qərarı başqa ölkədən təzyiq göstərməklə dəyişdirməyə çalışmaq və məsələni Azərbaycana qarşı kampaniyaya çevirmək qəbuledilməzdir.
Müşfiq Cəfərovun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri sosial şəbəkələrdəki radikal çağırışlardan daha böyük və strateji əhəmiyyətə malikdir. Əsl qardaşlıq bir-birinin dövlət suverenliyinə, qanunlarına və daxili seçimlərinə hörmət etməyi də tələb edir.Azərbaycan öz dünyəvi dövlətçilik modelini və milli maraqlarını qorumaq hüququna malikdir və bu hüquqa hörmət göstərilməsi iki ölkə arasındakı münasibətlərin ruhuna ən uyğun yanaşmadır.
Deputat əlavə edib ki, Türkiyənin sosial media məkanında sıravi istifadəçilərdən tanınmış şəxslərədək müxtəlif dairələrin bu müzakirələrə qoşulması problemin təsir dairəsini genişləndirir.
İctimai nüfuza malik şəxslərin çıxışları daha geniş auditoriyaya çatır və onların söylədikləri fikirlər siyasi gündəmə təsir göstərə bilir. Buna görə də tanınmış şəxslərin məsuliyyəti daha böyükdür. Siyasi mövqeyindən, vəzifəsindən və ya izləyici sayından asılı olmayaraq, hər kəs ictimaiyyətə təqdim etdiyi məlumatın doğruluğuna diqqət yetirməlidir.
Turan Etibaroğlu
Həmçinin oxuyun
18:12 / 07 Noyabr 2026
1
18:08 / 07 Noyabr 2026
18
17:52 / 07 Noyabr 2026
173
17:37 / 07 Noyabr 2026
110
17:34 / 07 Noyabr 2026
456
17:32 / 07 Noyabr 2026
84
17:30 / 07 Noyabr 2026
78
16:55 / 07 Noyabr 2026
80
16:31 / 07 Noyabr 2026
100
15:55 / 07 Noyabr 2026
111
15:23 / 07 Noyabr 2026
553
15:17 / 07 Noyabr 2026
147
15:02 / 07 Noyabr 2026
286
14:52 / 07 Noyabr 2026
638
14:47 / 07 Noyabr 2026
201
14:41 / 07 Noyabr 2026
299
14:36 / 07 Noyabr 2026
146
14:18 / 07 Noyabr 2026
245
13:57 / 07 Noyabr 2026
559
13:41 / 07 Noyabr 2026
1202
13:27 / 07 Noyabr 2026
596
13:12 / 07 Noyabr 2026
143
13:03 / 07 Noyabr 2026
524
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.