Sürücülərin diqqətinə!Yollarda dəyişiklik oldu
06 Noyabr 2026, 00:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
290
15.10.2026, 20:48
Təhsil eksperti Kamran Əsədov barəsində aparılan cinayət işi üzrə məhkəmə prosesi yenidən təxirə salınıb. Bu dəfə buna səbəb onun müdafiəçisi Hikmət Əliyevin məhkəmə iclasında iştirak etməməsi olub.
Oxu4.com xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində keçirilməsi nəzərdə tutulan iclas müdafiəçinin gəlməməsi səbəbindən baş tutmayıb.
Məlumata görə, əvvəlki iclasların birində də Hikmət Əliyev məhkəmə prosesinə iki saat gecikib. Bu gün keçiriləcək iclasın tarixi isə müdafiəçinin iştirakı və razılığı ilə əvvəlcədən müəyyənləşdirilib. Buna baxmayaraq, o, razılaşdırılmış tarixdə məhkəməyə gəlməyib və prosesin yenidən təxirə salınmasına səbəb olub.
Baş verənlər müdafiəçinin məhkəmə iclaslarında iştirak etməməsinin prosesin gedişinə təsiri məsələsini gündəmə gətirir. Bununla belə, müdafiəçinin iclasa gəlməməsinin səbəbi barədə əlavə məlumat verilməyib.
Xatırladaq ki, Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul və buraxılış imtahanları zamanı qanunsuz texniki vasitələrdən istifadə etməklə abituriyentlərə kömək göstərilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilir. İş üzrə tarix müəllimi Gündüz Abbasov və Sənan Hüseynov da ittiham olunurlar.
İttihama əsasən, imtahanlarda iştirak edən şəxslərə test suallarının cavablandırılmasında kömək etmək məqsədilə gizli informasiya əldə etmək və ötürmək üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə edilib. İstintaqın məlumatına görə, bu vasitələr bir sıra abituriyentlərin üzərinə yerləşdirilib.
Kamran Əsədov 2026-cı il yanvarın 23-də Gəncə Şəhər Məhkəməsində keçirilən proses zamanı barəsində həbs qətimkan tədbiri seçildikdən sonra məhkəmə zalında həbs olunub.Musavat.com
00:08 / 06 Noyabr 2026
39
23:34 / 05 Noyabr 2026
454
23:10 / 05 Noyabr 2026
77
22:44 / 05 Noyabr 2026
974
22:33 / 05 Noyabr 2026
104
22:27 / 05 Noyabr 2026
78
22:20 / 05 Noyabr 2026
93
22:14 / 05 Noyabr 2026
90
22:06 / 05 Noyabr 2026
82
21:53 / 05 Noyabr 2026
82
21:50 / 05 Noyabr 2026
116
21:40 / 05 Noyabr 2026
101
21:35 / 05 Noyabr 2026
210
21:27 / 05 Noyabr 2026
521
21:25 / 05 Noyabr 2026
100
21:15 / 05 Noyabr 2026
276
21:14 / 05 Noyabr 2026
109
21:00 / 05 Noyabr 2026
296
20:58 / 05 Noyabr 2026
134
20:47 / 05 Noyabr 2026
237
20:44 / 05 Noyabr 2026
127
20:37 / 05 Noyabr 2026
151
20:22 / 05 Noyabr 2026
295
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.