Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
21 Sentyabr 2026, 23:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
554
02.07.2026, 11:26
Fövqəladə Hallar Nazirliyi (FHN) avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib.
Bu barədə Oxu24.com FHN-dən məlumat verilib.
Bildirilib ki, nazirlikdən tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən avtomobillərin təyin olunmamış yerlərdə, nizamsız park edilməsi səbəbindən baş verən müxtəlif fövqəladə hallar, o cümlədən yanğınlar zamanı xüsusi təyinatlı texnikaların hadisə yerinə yaxınlaşması və çevik döyüş vəziyyətinə gətirilərək operativ müdaxilə imkanları məhdudlaşır:
"Ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış kompleksinin ərazisində məişət tullantıları üçün ayrılmış yerdə baş vermiş yanğın hadisəsi də bunu bir daha nümayiş etdirir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi sürücülərə bir daha müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hallar zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların hadisə yerinə maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir".
23:29 / 21 Sentyabr 2026
1
23:14 / 21 Sentyabr 2026
37
22:27 / 21 Sentyabr 2026
48
22:22 / 21 Sentyabr 2026
48
22:20 / 21 Sentyabr 2026
45
22:12 / 21 Sentyabr 2026
59
22:04 / 21 Sentyabr 2026
44
22:03 / 21 Sentyabr 2026
53
21:55 / 21 Sentyabr 2026
61
21:47 / 21 Sentyabr 2026
58
21:41 / 21 Sentyabr 2026
70
21:35 / 21 Sentyabr 2026
63
21:32 / 21 Sentyabr 2026
66
21:30 / 21 Sentyabr 2026
88
21:21 / 21 Sentyabr 2026
67
21:18 / 21 Sentyabr 2026
55
21:18 / 21 Sentyabr 2026
56
21:11 / 21 Sentyabr 2026
95
21:02 / 21 Sentyabr 2026
59
20:56 / 21 Sentyabr 2026
65
20:52 / 21 Sentyabr 2026
65
20:29 / 21 Sentyabr 2026
68
20:10 / 21 Sentyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.