Yuxunu dəstəkləyən 4 şirin qida —Şəkər istəyini də aradan qaldırır
20 Sentyabr 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
548
02.07.2026, 11:03
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu, idarə olunması və vətəndaş müraciətlərinin elektron formada həyata keçirilməsi məqsədilə hazırladığı Onlayn Sorğu Mərkəzi (Online Inquiry Center-OIC) istifadəyə verib.
Bu barədə Oxu24.com Dövlət Komissiyasından məlumat verilib.
Portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (Integrated Data Management System - iDMS) əsasında yaradılıb.
Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların vahid elektron sistemdə idarə olunmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin təmininə, vətəndaş müraciətlərinin daha çevik araşdırılmasına və itkin düşmüş şəxslərin ailə üzvləri ilə qarşılıqlı əlaqələrin müasir rəqəmsal müstəvidə təşkilinə xidmət edir.
Sistemin hazırlanması zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, və Dövlət Komissiyasının fəaliyyət istiqamətləri nəzərə alınıb. Portal tam şəkildə Azərbaycan dilində fəaliyyət göstərir və məlumatlar Azərbaycan Respublikasının ərazisində yerləşən serverlərdə saxlanılır. Portal istifadəçilərə aşağıdakı imkanları təqdim edir:
• "İtkin düşmüş şəxs barədə məlumat ver" (Report a Missing Person) xidməti vasitəsilə itkin düşmüş şəxslər barədə yeni məlumatların təqdim edilməsi;
• "Sorğu göndər" (Request on Missing Persons) bölməsi vasitəsilə Dövlət Komissiyasına elektron müraciətlərin ünvanlanması;
• "Məkanı göstər" (Indicate a Place) xidməti vasitəsilə ehtimal olunan məzar və ya dəfn yerləri barədə coğrafi koordinatlarla birlikdə məlumatların təqdim edilməsi;
• fotoşəkillərin, sənədlərin və digər materialların elektron qaydada sistemə əlavə olunması;
• müraciətlərin daha operativ araşdırılması üçün əlavə məlumatların təqdim edilməsi.
Portalın mühüm üstünlüklərindən biri də vətəndaşlardan daxil olan məlumatların vahid elektron bazada sistemləşdirilməsi, təhlil edilməsi və aidiyyəti dövlət qurumlarının istifadəsinə təqdim olunmasıdır. Bu isə axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə proseslərinin daha səmərəli planlaşdırılmasına imkan verir.
Onlayn Sorğu Mərkəzindən istifadə üçün Dövlət Komissiyasının rəsmi internet saytına daxil olmaq kifayətdir.
Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasına kömək edə biləcək hər hansı məlumata malik bütün şəxsləri Onlayn Sorğu Mərkəzinin imkanlarından istifadəyə çağırır.
Həmçinin oxuyun
23:42 / 20 Sentyabr 2026
56
23:22 / 20 Sentyabr 2026
1
23:22 / 20 Sentyabr 2026
80
22:50 / 20 Sentyabr 2026
118
22:34 / 20 Sentyabr 2026
103
22:03 / 20 Sentyabr 2026
80
21:41 / 20 Sentyabr 2026
214
21:28 / 20 Sentyabr 2026
86
20:40 / 20 Sentyabr 2026
99
20:31 / 20 Sentyabr 2026
211
20:12 / 20 Sentyabr 2026
76
20:05 / 20 Sentyabr 2026
90
19:49 / 20 Sentyabr 2026
1620
19:29 / 20 Sentyabr 2026
115
19:17 / 20 Sentyabr 2026
108
18:59 / 20 Sentyabr 2026
93
18:59 / 20 Sentyabr 2026
901
18:55 / 20 Sentyabr 2026
264
18:52 / 20 Sentyabr 2026
92
18:48 / 20 Sentyabr 2026
101
18:47 / 20 Sentyabr 2026
257
18:23 / 20 Sentyabr 2026
92
18:22 / 20 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.