Qaynar xətt:

(+99450) 247 90 86

Göyçayda avtomobil su kanalına aşıb, dalğıc qrupu axtarışlara cəlb olunub 

Göyçayda avtomobil su kanalına aşıb, dalğıc qrupu axtarışlara cəlb olunub 

CƏMİYYƏT

69

30.06.2026, 14:53

Göyçayda avtomobil su kanalına düşüb.

Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.

Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.