Rektor ona vəzifə verdi - FOTO
29 İyun 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
67
29.06.2026, 17:41
Müasir dünyada süni intellekt texnologiyaları sürətlə inkişaf edərək həyatımızın hər bir sahəsinə, o cümlədən hüquq sisteminə nüfuz edir. Artıq bəzi inkişaf etmiş ölkələrdə süni intellektdən hüquqi araşdırmalar, mürəkkəb sənədlərin təhlili və qərarverməyə dəstək məqsədilə geniş istifadə olunur. Bəs gələcəkdə bu texnologiya məhkəmə proseslərində daha da irəli gedərək müstəqil bir “rəqəmsal şahid” kimi çıxış edə bilərmi? Süni intellektin təqdim etdiyi məlumatlar rəsmi hüquqi sübut hesab oluna bilərmi və belə bir halda hüquqi məsuliyyət məsələsi necə tənzimlənəcək?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Ellada Bayramova bildirib ki, süni intellekt mahiyyət etibarilə müstəqil düşünən və hüquqi iradəyə malik olan bir varlıq deyil. O, insan zəkasının məhsulu, insan tərəfindən yaradılmış proqramlar, alqoritmlər və məlumat bazaları əsasında fəaliyyət göstərən texnoloji sistemdir:
“Süni intellekt yalnız ona təqdim edilmiş məlumatları emal edir, onlar arasındakı əlaqələri müəyyənləşdirir və riyazi hesablamalara əsaslanaraq müəyyən nəticələr formalaşdırır. O, yeni hüquq normaları yaratmır, vicdan, mənəvi dəyərlər və ya hüquqi məsuliyyət hissi ilə qərar qəbul etmir”.
E.Bayramovanın sözlərinə görə, bu səbəbdən süni intellektin təqdim etdiyi nəticələr mütləq həqiqət və ya müstəqil hüquqi sübut kimi qəbul edilə bilməz:
“Onun hazırladığı təhlillər yalnız hakim, müstəntiq, prokuror və ya ekspert üçün əlavə məlumat və qərarverməyə kömək edən vasitə hesab oluna bilər. Süni intellektin verdiyi nəticənin düzgünlüyü isə birbaşa onun öyrədildiyi məlumatların keyfiyyətindən, proqram təminatının etibarlılığından və həmin sistemi hazırlayan insanların peşəkarlığından asılıdır”.
Hüquqşünas vurğulayıb ki, hüquq elmində qəbul edilmiş əsas prinsiplərdən biri ondan ibarətdir ki, yanlış və ya natamam məlumat əsasında düzgün nəticə əldə etmək mümkün deyil:
“Əgər süni intellektə qərəzli, natamam və ya səhv məlumatlar təqdim olunarsa, onun hazırladığı nəticə də eyni dərəcədə etibarsız olacaqdır. Deməli, süni intellektin etibarlılığı ilk növbədə ona verilən məlumatların düzgünlüyündən asılıdır”.
Həmçinin, E. Bayramova vurğulayıb ki, digər tərəfdən, məhkəmə araşdırması yalnız faktların mexaniki təhlili ilə məhdudlaşmır. Hakim sübutları qiymətləndirərkən hadisənin başvermə şəraitini, tərəflərin davranışını, niyyətini, qanunun məqsədini, ədalət və vicdan prinsiplərini də nəzərə alır:
“Bunlar yalnız insan təfəkkürü, hüquqi təcrübə və peşəkar mühakimə ilə qiymətləndirilə bilən məsələlərdir. Mövcud texnologiyalar bu xüsusiyyətləri tam şəkildə əvəz etmək imkanına malik deyildir.
Məhz buna görə də gələcəkdə süni intellekt məhkəmə sistemində daha geniş tətbiq olunsa belə, onun əsas funksiyası hüquqi qərar qəbul etmək deyil, hüquqi qərarın hazırlanmasına kömək etmək olacaqdır. O, böyük həcmdə məlumatların qısa müddətdə təhlil edilməsini, məhkəmə təcrübəsinin araşdırılmasını, hüquqi risklərin müəyyən edilməsini və elektron sübutların sistemləşdirilməsini asanlaşdıra bilər. Lakin son qərarın qəbul edilməsi və həmin qərara görə hüquqi məsuliyyət yenə də insana məxsus olacaqdır. Çünki süni intellekt hüququn subyekti deyil. O, nə hüquq və vəzifələr daşıyır, nə də qəbul etdiyi nəticələrə görə hüquqi məsuliyyət daşıya bilir”.
Hüquqi məsuliyyət proqramı hazırlayan, onu tətbiq edən və ya onun nəticələrinə əsaslanaraq qərar qəbul edən şəxslərin və aidiyyəti qurumların üzərinə düşür.
Ellada Bayramova sonda qeyd edib ki, süni intellekt gələcəyin məhkəmə sistemində mühüm rol oynaya bilər:
“Lakin onu insanı əvəz edən “rəqəmsal şahid” kimi deyil, hüquqi araşdırmaların keyfiyyətini artıran və qərarvermə prosesinə yardım göstərən texnoloji vasitə kimi qiymətləndirmək daha doğru yanaşmadır. Hüququn əsas məqsədi yalnız texniki dəqiqlik deyil, həm də ədalətin təmin olunmasıdır. Ədalətin təminatçısı isə bu gün olduğu kimi, gələcəkdə də insan olaraq qalacaq".
Çimnaz Telmanqızı
18:50 / 29 İyun 2026
8
18:16 / 29 İyun 2026
61
18:07 / 29 İyun 2026
161
17:56 / 29 İyun 2026
55
17:37 / 29 İyun 2026
76
17:18 / 29 İyun 2026
63
17:13 / 29 İyun 2026
95
17:09 / 29 İyun 2026
87
16:43 / 29 İyun 2026
842
16:27 / 29 İyun 2026
685
16:13 / 29 İyun 2026
80
16:08 / 29 İyun 2026
84
16:04 / 29 İyun 2026
75
15:55 / 29 İyun 2026
363
15:53 / 29 İyun 2026
100
15:50 / 29 İyun 2026
74
15:40 / 29 İyun 2026
208
15:40 / 29 İyun 2026
73
15:35 / 29 İyun 2026
73
15:20 / 29 İyun 2026
76
15:17 / 29 İyun 2026
2060
15:05 / 29 İyun 2026
88
15:01 / 29 İyun 2026
1489
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.