DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
26 İyun 2026, 17:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
84
26.06.2026, 14:29
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun barəsində olan hökmdən verilən şikayətə baxılıb.
Oxu24.com Teleqraf-a istinadən xəbərinə görə, Nizami Alışanın vəkilləri tərəfindən verilən şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizami Alişan 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.
İttihama görə, Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollardır.
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Nizami Alışan cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Nizami Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.
Digər zərərçəkmişlərdən biri isə "Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.
17:19 / 26 İyun 2026
1
17:08 / 26 İyun 2026
21
17:04 / 26 İyun 2026
36
16:27 / 26 İyun 2026
71
16:15 / 26 İyun 2026
62
16:11 / 26 İyun 2026
62
16:04 / 26 İyun 2026
58
16:00 / 26 İyun 2026
55
15:54 / 26 İyun 2026
62
15:52 / 26 İyun 2026
70
15:44 / 26 İyun 2026
85
15:40 / 26 İyun 2026
68
15:09 / 26 İyun 2026
91
14:55 / 26 İyun 2026
67
14:49 / 26 İyun 2026
75
14:45 / 26 İyun 2026
72
14:37 / 26 İyun 2026
70
14:24 / 26 İyun 2026
91
14:21 / 26 İyun 2026
111
14:17 / 26 İyun 2026
97
14:14 / 26 İyun 2026
89
14:11 / 26 İyun 2026
87
13:33 / 26 İyun 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.