Qaynar xətt:

(+99450) 247 90 86

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib 

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib 

CƏMİYYƏT

100

25.06.2026, 17:26

TƏBİB-in təşkilatçılığı müxtəlif media qurumlarının nümayəndələri üçün açıq dialoq formatında görüş keçirilib.

Oxu24.com xəbər verir ki, görüşün məqsədi ictimaiyyətin düzgün və operativ şəkildə məlumatlandırılması, media ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri ilə bağlı kommunikasiya proseslərinin daha sistemli qurulması olub.

Tədbiri giriş sözü ilə açan TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə media nümayəndələrini salamlayaraq bildirib ki, tibb sahəsində kommunikasiya məlumatlarının paylaşılması ilə yanaşı ictimai etimadın formalaşmasına xidmət edən davamlı prosesdir.

Qeyd olunub ki, kommunikasiya prosesində əsas məqsəd görülən işləri və aparılan dəyişiklikləri vətəndaşlara daha aydın, vaxtında və düzgün çatdırmaqdır. Bu baxımdan “Bu günün işi – sabahın nəticəsi” yanaşması TƏBİB-in gündəlik fəaliyyətində görülən real işlərin vətəndaş məmnunluğuna və xidmət keyfiyyətinə təsirini izah edən mühüm kommunikasiya xətti kimi dəyərləndirilir.

TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynov çıxışında tabeli tibb müəssisələrinin gündəlik fəaliyyəti və xidmət proseslərinin yerlərdə düzgün təşkili məsələlərinə toxunub. O bildirib ki, media tərəfindən işıqlandırılan mövzular bir çox hallarda vətəndaşların real gözləntilərini və tibb müəssisələrində diqqət tələb edən məqamları daha aydın görməyə imkan verir. TƏBİB üçün prioritetlərdən biri vətəndaşların müraciətlərinə daha operativ baxılması, çağırışlara sürətli reaksiyaların verilməsində tibb müəssisələri ilə mərkəzi idarəetmə arasında koordinasiyanın gücləndirilməsidir.

TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev isə çıxışında media ilə davamlı dialoqun yalnız informasiya mübadiləsi baxımından, eləcə də tibb xidmətlərinin daha pasiyentyönümlü təşkili üçün vacib olduğunu bildirib. O qeyd edib ki, vətəndaş müraciətləri, media sorğuları və ictimai müzakirələr sistemdə mövcud olan çağırışların daha aydın görünməsinə imkan yaradır. Bu çağırışlara münasibətdə əsas yanaşma ayrı-ayrı hallara cavab verməklə məhdudlaşmamalı, onların səbəblərinin təhlili və sistemli həll yollarının formalaşdırılması üzərində qurulmalıdır.

Sonda jurnalistlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, media sorğularının cavablandırılması, tibb müəssisələri ilə bağlı məlumatların dəqiqləşdirilməsi, ictimai maraq doğuran mövzuların işıqlandırılması və digər məsələlər müzakirə olunub. Gələcəkdə də görüşlərin bu formatda davamlı keçiriləcəyi bildirilib.

Foto