Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur general AZADLIĞA ÇIXDI

Məşhur general AZADLIĞA ÇIXDI

CƏMİYYƏT

733

25.06.2026, 10:32

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb.

Oxu24.com xəbər verir ki, general 10 il 6 aylıq həbs müddətini günə-gün başa vurub.

O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib.

Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib. (Qafqazinfo)