Həkimdən XƏBƏRDARLIQ! – Hər ağır xəstə əməliyyata möhtac deyil
24 İyun 2026, 21:46
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
90
25.06.2026, 11:59
Piylənmə son illərdə dünyada və Azərbaycanda ən geniş yayılmış sağlamlıq problemlərindən birinə çevrilib. Cəmiyyət arasında belə bir fikir formalaşıb ki, artıq çəki yalnız həddindən artıq qidalanmanın nəticəsidir. Lakin mütəxəssislər bildirirlər ki, bu yanaşma hər zaman doğru deyil və bəzi hallarda artıq çəkinin arxasında ciddi hormonal və metabolik problemlər dayanır.
Oxu24.com-a açıqlamasında endokrinoloq Rövşən Həsənov bildirib ki, piylənmənin səbəbləri düşündüyümüzdən daha mürəkkəbdir və hər artıq çəkili insanı sadəcə çox yeməkdə günahlandırmaq düzgün yanaşma deyil.
“Ən çox rast gəldiyimiz yanlış fikirlərdən biri budur ki, kök insanlar yalnız çox yedikləri üçün kökdürlər. Halbuki tibbi praktikada elə xəstələrlə qarşılaşırıq ki, onlar qidalanmalarına ciddi nəzarət etsələr də, çəki artımı davam edir. Bunun səbəbi bir çox hallarda hormonal və metabolik pozğunluqlardır”, – deyə həkim qeyd edib.
Mütəxəssisin sözlərinə görə, piylənmənin yaranmasında əsas rol oynayan amillərdən biri insulin müqavimətidir. Bu zaman orqanizmdə insulin hormonunun təsiri zəifləyir və bədən qlükozanı normal şəkildə istifadə edə bilmir. Nəticədə artıq enerji yağ şəklində toplanmağa başlayır və insan sürətlə çəki yığır.Qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsi də çəki artımına səbəb olan əsas amillərdən biridir.
“Tiroid hormonlarının səviyyəsi aşağı düşdükdə maddələr mübadiləsi ləngiyir. İnsan əvvəlki qədər qidalansa belə, enerji sərfiyyatı azalır və artıq çəki yaranmağa başlayır. Bəzən xəstələr uzun müddət pəhriz saxlayır, lakin hormonal problem olduğu üçün nəticə əldə edə bilmirlər.Xroniki stress də piylənməyə təsir edən mühüm faktorlardandır. Stress zamanı orqanizmdə kortizol hormonunun səviyyəsi yüksəlir. Uzun müddət yüksək qalan kortizol xüsusilə qarın nahiyəsində piylənməyə səbəb olur və arıqlama prosesini çətinləşdirir.
Mütəxəssis qadın və kişilərdə cinsi hormonların balansının pozulmasının da çəki artımında mühüm rol oynadığını qeyd edib.
“Qadınlarda polikistik yumurtalıq sindromu, menopauza dövründə hormonal dəyişikliklər, kişilərdə isə testosteron səviyyəsinin azalması piylənmə riskini artıran amillər sırasındadır. Bu səbəbdən artıq çəki problemi olan şəxslərdə hormonal müayinələrin aparılması vacibdir. Bəzi hallarda genetik meyillilik və metabolik xüsusiyyətlər də piylənmənin yaranmasında rol oynayır. Bundan başqa, D vitamini, dəmir, B12 vitamini və digər mikroelementlərin çatışmazlığı da maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.”, – deyə həkim bildirib.
“Bəzən insanlar aylarla pəhriz saxlayır, idman edir, lakin arıqlaya bilmirlər. Belə hallarda səbəbi yalnız qidalanmada axtarmaq düzgün deyil. Orqanizmin hormonal vəziyyəti, maddələr mübadiləsi və digər tibbi amillər mütləq araşdırılmalıdır.Artıq çəki ilə mübarizədə yalnız pəhriz və fiziki aktivliyə güvənmək kifayət etmir. Problemin kök səbəbi müəyyən edilmədən aparılan müalicələr əksər hallarda uzunmüddətli nəticə vermir.”, – deyə mütəxəssis vurğulayıb.
“Əgər çəki artımı sizi narahat edirsə və bütün səylərinizə baxmayaraq arıqlaya bilmirsinizsə, endokrinoloji və metabolik müayinələrdən keçmək vacibdir. Çünki sağlamlıq hər zaman kompleks yanaşma tələb edir. Düzgün diaqnoz qoyulduqda həm hormonal balansı bərpa etmək, həm də artıq çəkidən xilas olmaq daha asan olur.Piylənməyə yalnız estetik problem kimi yanaşmaq olmaz. Bu vəziyyət şəkərli diabet, ürək-damar xəstəlikləri, yüksək təzyiq və digər ciddi sağlamlıq problemlərinin yaranma riskini artırır. Buna görə də artıq çəki ilə mübarizədə əsas məqsəd sadəcə arıqlamaq deyil, bütövlükdə orqanizmin sağlamlığını qorumaq olmalıdır.”, – deyə Rövşən Həsənov bildirib.
Turan
13:38 / 25 İyun 2026
1
13:11 / 25 İyun 2026
69
13:06 / 25 İyun 2026
70
13:02 / 25 İyun 2026
50
12:57 / 25 İyun 2026
56
12:43 / 25 İyun 2026
89
12:37 / 25 İyun 2026
89
12:33 / 25 İyun 2026
62
12:30 / 25 İyun 2026
59
12:09 / 25 İyun 2026
69
11:55 / 25 İyun 2026
86
11:51 / 25 İyun 2026
79
11:50 / 25 İyun 2026
77
11:28 / 25 İyun 2026
98
11:23 / 25 İyun 2026
75
11:13 / 25 İyun 2026
82
11:04 / 25 İyun 2026
89
10:55 / 25 İyun 2026
81
10:39 / 25 İyun 2026
97
10:32 / 25 İyun 2026
647
10:18 / 25 İyun 2026
88
10:14 / 25 İyun 2026
88
10:03 / 25 İyun 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.