17 alpinistin meyitini tapdılar
13 Sentyabr 2026, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
532
25.06.2026, 11:23
Moldova hüquq-mühafizə orqanları Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti olmaqda və kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinən Rusiya vətəndaşını saxlayıb.
Oxu24.com eurointegration.com-a istinadən xəbər verir ki, Moldovanın Mütəşəkkil Cinayətkarlıq və Xüsusi İşlərlə Mübarizə İdarəsinin (PCCOCS) məlumatına görə, əməliyyat Moldova Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (SIS) əldə etdiyi məlumatlar əsasında həyata keçirilib.
Bildirilib ki, həmin şəxs Dnestryanı bölgə, xüsusilə də təhlükəsizlik zonası ilə bağlı icazəsiz məlumat toplamaqda şübhəli bilinir. Məhkəmənin qərarı ilə o, istintaq müddətində 30 gün həbsdə saxlanılacaq.İstintaqın məlumatına əsasən, şübhəli şəxs Moldovaya turist qismində, guya monastırları ziyarət etmək məqsədilə daxil olub. Lakin onun əsas təyinat məntəqəsinin Dnestr çayının sol sahili olduğu müəyyən edilib.
Hüquq-mühafizə orqanları hesab edir ki, onun məqsədi Moldovanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyi ilə bağlı məlumatlar toplamaq olub.SIS-in açıqlamasında qeyd edilir ki, həmin şəxs 2017–2019-cu illərdə də Moldovada olub və bu müddətdə ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlər həyata keçirib. O, həmin dövrdə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən verilmiş diplomatik pasportdan istifadə etsə də, Moldova Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməyib.
Hazırda faktla bağlı istintaq davam edir və təqsirsizlik prezumpsiyası qüvvədə qalır.
Nigar
20:54 / 13 Sentyabr 2026
1
20:45 / 13 Sentyabr 2026
41
20:41 / 13 Sentyabr 2026
29
20:36 / 13 Sentyabr 2026
127
20:10 / 13 Sentyabr 2026
614
19:25 / 13 Sentyabr 2026
204
19:22 / 13 Sentyabr 2026
92
19:14 / 13 Sentyabr 2026
152
19:08 / 13 Sentyabr 2026
394
18:55 / 13 Sentyabr 2026
66
18:38 / 13 Sentyabr 2026
504
18:33 / 13 Sentyabr 2026
83
18:32 / 13 Sentyabr 2026
74
18:31 / 13 Sentyabr 2026
59
18:25 / 13 Sentyabr 2026
93
18:25 / 13 Sentyabr 2026
11199
18:15 / 13 Sentyabr 2026
79
17:55 / 13 Sentyabr 2026
149
17:50 / 13 Sentyabr 2026
577
17:45 / 13 Sentyabr 2026
88
17:20 / 13 Sentyabr 2026
175
17:11 / 13 Sentyabr 2026
866
16:59 / 13 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.