Azərbaycan XİN Venesuelaya başsağlığı verib
25 İyun 2026, 13:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
98
25.06.2026, 10:18
“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb.
Oxu24.com xəbər verir ki, qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi 6 fəsildən, 27 maddədən ibarətdir.
Layihəyə əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi ( Reyestr) yaradılacaq. Reyestr seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatların (qeydlərin) məcmusudur. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.
Toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanılan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin orqanın (qurumun) hesabına köçürüləcək. Müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Yeni qanun qüvvəyə mindiyi gündən “Toxumçuluq haqqında” 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli qanun ləğv ediləcək.
Bu Qanun qüvvəyə minənədək toxum istehsalçılarına toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş şəhadətnamələr həmin şəhadətnamədə göstərilən müddətdə öz hüquqi qüvvəsini saxlayacaq.
14:02 / 25 İyun 2026
56
13:56 / 25 İyun 2026
62
13:52 / 25 İyun 2026
53
13:38 / 25 İyun 2026
74
13:11 / 25 İyun 2026
80
13:06 / 25 İyun 2026
82
13:02 / 25 İyun 2026
61
12:57 / 25 İyun 2026
67
12:43 / 25 İyun 2026
98
12:37 / 25 İyun 2026
97
12:33 / 25 İyun 2026
67
12:30 / 25 İyun 2026
64
12:09 / 25 İyun 2026
77
11:59 / 25 İyun 2026
94
11:55 / 25 İyun 2026
92
11:51 / 25 İyun 2026
85
11:50 / 25 İyun 2026
84
11:28 / 25 İyun 2026
102
11:23 / 25 İyun 2026
80
11:13 / 25 İyun 2026
86
11:04 / 25 İyun 2026
96
10:55 / 25 İyun 2026
87
10:39 / 25 İyun 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.