Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkədə yaşayan azərbaycanlıların sayı açıqlandı 

Bu ölkədə yaşayan azərbaycanlıların sayı açıqlandı 

CƏMİYYƏT

95

22.06.2026, 14:02

Gürcüstanda yaşayan etnik azərbaycanlıların sayı 268 832 nəfər təşkil edir.

Oxu24.com xəbər verir ki, bu barədə Gürcüstan əhalisinin 2024-cü il üzrə siyahıyaalınmasının nəticələrindən məlum olur.

Son siyahıyaalınmanın aparıldığı 2014-cü illə müqayisədə qonşu ölkədə yaşayan azərbaycanlıların sayı 15,4% artıb. Soydaşlarımız say baxımından etnik gürcülərdən sonra ikinci yeri tutur. Üçüncü yerdə isə 169 296 nəfərlə etnik ermənilərdir.

Qeyd edək ki, Gürcüstanda əhali 10 ildən bir siyahıya alınır. 2024-cü ildə qonşu ölkə əhalisinin sayı 3,9 milyon nəfər təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 5,8% çoxdur. (APA)