Azərbaycanla Qəmər Adaları İttifaqı arasında münasibətlər müzakirə olunub
19 İyun 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
112
19.06.2026, 10:46
Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin I və II hissələrinin tələbləri baxımından Mülki Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Quliyevin məruzəsini, Bakı Apellyasiya Məhkəməsinin müraciətini, Milli Məclis Aparatının mülahizəsini, rəyləri və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Konstitusiyanın 13, 29 və 60-cı maddələrinin, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Milli Məclisə tövsiyə olunsun.
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.
Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Konstitusiya Məhkəməsi Plenumunun qərarının 2-ci bəndi qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
15:53 / 19 İyun 2026
1
15:40 / 19 İyun 2026
28
15:36 / 19 İyun 2026
33
15:25 / 19 İyun 2026
46
15:16 / 19 İyun 2026
68
15:16 / 19 İyun 2026
69
15:12 / 19 İyun 2026
65
15:03 / 19 İyun 2026
141
14:55 / 19 İyun 2026
122
14:47 / 19 İyun 2026
193
14:45 / 19 İyun 2026
77
14:45 / 19 İyun 2026
64
14:37 / 19 İyun 2026
78
14:26 / 19 İyun 2026
67
14:16 / 19 İyun 2026
63
14:13 / 19 İyun 2026
81
14:03 / 19 İyun 2026
172
13:59 / 19 İyun 2026
291
13:58 / 19 İyun 2026
83
13:51 / 19 İyun 2026
80
13:46 / 19 İyun 2026
1476
13:40 / 19 İyun 2026
443
13:37 / 19 İyun 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.