Generala ağır itki
08 Sentyabr 2026, 09:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
510
19.06.2026, 14:16
Azərbaycan Respublikası və Cənubi Koreya Respublikasının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Çonq Eui-hae başçılıq edib.
Mövzuyla bağlı politoloq Turan Rzayev iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyəti, texnoloji əməkdaşlığın perspektivləri və bu tərəfdaşlığın Azərbaycanın beynəlxalq mövqeyinə təsirlərini Oxu24.com- a şərh edib.
Politoloq vurğulayıb ki, Cənubi Koreya hazırda texnoloji baxımdan dünyanın lider dövlətlərindən biridir və Azərbaycan da bu sahədə dinamik inkişaf kursu götürüb. İki ölkə arasında müxtəlif sahələrdə texnoloji yeniliklərin tətbiqi, milli startap layihələrinin dəstəklənməsi istiqamətində ciddi əməkdaşlıq mövcuddur:
“Hesab edirəm ki, keçirilən bu görüşlərin də əsas məsələlərindən biri məhz texnoloji yeniliklər və bunun fərqli sahələrə yönləndirilməsidir. Bildiyiniz kimi, cənab Prezidentin süni intellektin daha yaxşı öyrənilməsi və dövlət müəssisələrində tətbiq edilməsi yönündə xüsusi tapşırıqları var idi. Bu sahədə də əməkdaşlıq edə biləcəyimiz ölkələrdən biri və ən təkmili şübhəsiz ki, Cənubi Koreyadır".
T.Rzayevin sözlərinə görə, Koreyanın qabaqcıl texnoloji təcrübəsinin Azərbaycana transferi ölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirəcək və iqtisadiyyatın modernləşməsinə birbaşa töhfə verəcək.
Azərbaycan və Cənubi Koreya arasında münasibətlərin hər zaman yaxşı olduğunu və yüksək inkişaf dinamikasına sahib olduğunu bildirən politoloq, əlaqələrin çoxşaxəli xarakter daşıdığını qeyd edib:
“İki ölkə arasında iqtisadi, siyasi və hərbi sahələrdə layihələr uğurla icra olunur. Müsahibimizin fikrincə, münasibətlərin müsbət trayektoriyası dövlətlərarası əlaqələrin gələcəkdə daha da irəli aparılması üçün möhkəm zəmin yaradır.
Tərəflər təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq təşkilatlarda, o cümlədən humanitar platformalarda yaxından əməkdaşlıq edirlər. Rəsmi səviyyədə görüşlərin və siyasi məsləhətləşmələrin mütəmadi keçirilməsi tərəfdaşlığın strateji əhəmiyyətini və hər iki tərəfin bu əlaqələri dərinləşdirmək marağını nümayiş etdirir”.
Politoloq yekun olaraq qeyd edib ki, Cənubi Koreya kimi qlobal güclərlə əməkdaşlığın genişlənməsi Azərbaycanın həm regional rolunu gücləndirir, həm də beynəlxalq arenadakı mövqeyini daha da sarsılmaz edir.
Çimnaz Telmanqızı
09:23 / 08 Sentyabr 2026
1
09:18 / 08 Sentyabr 2026
94
09:17 / 08 Sentyabr 2026
19
09:15 / 08 Sentyabr 2026
19
00:20 / 08 Sentyabr 2026
177
00:18 / 08 Sentyabr 2026
1230
00:08 / 08 Sentyabr 2026
198
23:59 / 07 Sentyabr 2026
79
23:36 / 07 Sentyabr 2026
251
23:26 / 07 Sentyabr 2026
71
23:22 / 07 Sentyabr 2026
2594
23:16 / 07 Sentyabr 2026
90
23:14 / 07 Sentyabr 2026
391
23:09 / 07 Sentyabr 2026
132
22:44 / 07 Sentyabr 2026
191
22:09 / 07 Sentyabr 2026
127
21:59 / 07 Sentyabr 2026
179
21:45 / 07 Sentyabr 2026
77
21:30 / 07 Sentyabr 2026
66
21:23 / 07 Sentyabr 2026
123
21:03 / 07 Sentyabr 2026
73
20:58 / 07 Sentyabr 2026
77
20:54 / 07 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.