Üçtərəfli Bəyanatdan 6 il ötür: “Zəngəzur dəhlizi məsələsi hələ də açıq qalmaqdadır” — Politoloqdan ŞƏRH
10 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
579
19.06.2026, 15:40
Milli Məclisin deputatı Sahib Alıyev Azərbaycan Prezidenti İlham Əliyevin Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordeninin təqdim edilməsi zamanı səsləndirdiyi fikirləri şərh edib.
Oxu24.com xəbər verir ki, deputat sosial şəbəkə hesabında yazıb ki, dövlət başçısının Azərbaycan-Dağıstan əlaqələri ilə bağlı səsləndirdiyi fikirlər iki xalq arasındakı münasibətlərin keçmişini və gələcək perspektivlərini düzgün qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Sahib Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan və Dağıstan xalqlarını ümumi tarix, qohumluq bağları, ortaq coğrafiya və ümumi gələcəyin birləşdirdiyi barədə fikirləri regionun gələcək inkişafı baxımından mühüm mesajdır.
Deputatın sözlərinə görə, Azərbaycan və Dağıstan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi bütövlükdə Qafqaz regionunda sabitliyin, inkişafın və tərəqqinin təmin olunmasına xidmət edir.
O bildirib ki, Azərbaycan region ölkələri və xalqları arasında əməkdaşlığın inkişafına mühüm töhfələr verib və bu, təkcə ölkənin potensialı ilə deyil, həm də həyata keçirilən uzaqgörən siyasətlə bağlıdır.
Sahib Alıyev paylaşımında Prezident İlham Əliyevin babası, görkəmli dövlət xadimi Əziz Əliyevin Dağıstandakı fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə də diqqət çəkib. Deputat vurğulayıb ki, Əziz Əliyevin İkinci Dünya müharibəsi illərində Dağıstana rəhbərlik etdiyi dövrdə respublikanın inkişafı və yerli əhalinin repressiyalardan qorunması istiqamətində mühüm xidmətləri olub.
Millət vəkili həmçinin xatırladıb ki, 1923-cü ildə Dağıstan rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan dili respublikanın dövlət dili elan edilmişdi. Onun fikrincə, bu tarixi fakt Azərbaycan və Dağıstan xalqları arasında qarşılıqlı hörmətin, etimadın və yaxınlığın ən parlaq nümunələrindən biridir.
16:21 / 10 Noyabr 2026
7
16:12 / 10 Noyabr 2026
80
15:58 / 10 Noyabr 2026
71
15:44 / 10 Noyabr 2026
153
15:34 / 10 Noyabr 2026
211
15:31 / 10 Noyabr 2026
72
15:25 / 10 Noyabr 2026
95
15:22 / 10 Noyabr 2026
89
14:58 / 10 Noyabr 2026
1977
14:55 / 10 Noyabr 2026
189
14:48 / 10 Noyabr 2026
312
14:23 / 10 Noyabr 2026
410
14:20 / 10 Noyabr 2026
807
14:09 / 10 Noyabr 2026
199
14:00 / 10 Noyabr 2026
849
13:44 / 10 Noyabr 2026
133
13:38 / 10 Noyabr 2026
378
13:26 / 10 Noyabr 2026
1664
13:24 / 10 Noyabr 2026
148
13:20 / 10 Noyabr 2026
343
13:05 / 10 Noyabr 2026
176
13:00 / 10 Noyabr 2026
139
12:37 / 10 Noyabr 2026
592
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.