Təzyiqi aşağı salan 5 əsas qida
10 Noyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
631
19.06.2026, 13:51
Daimi yorğunluq, halsızlıq və enerji çatışmazlığı insanların gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən ən çox rast gəlinən şikayətlərdən biridir.
Mövzu ilə bağlı həkim Mehdi Balaşov Oxu24.com-a açıqlama verərək bu vəziyyətin təkcə vitamin çatışmazlığı və ya qan azlığı ilə əlaqəli olmadığını bildirib.
Mütəxəssisin sözlərinə görə, halsızlıq və yorğunluğun bir çox səbəbləri ola bilər. Bunlara dəmir defisitli anemiya, D vitamini çatışmazlığı, düzgün olmayan qidalanma, yuxu rejiminin pozulması, stress və müxtəlif daxili orqan problemləri daxildir. Lakin həkim qeyd edir ki, bəzən bu şikayətlərin arxasında daha az tanınan, lakin daha ciddi faktorlar da dayana bilər.
Mehdi Balaşov bildirib ki, son illərdə tibbi araşdırmalarda diqqət çəkən məqamlardan biri Epstein-Barr virusudur (EBV). Onun sözlərinə görə, bu virus əhalinin böyük bir hissəsində – təxminən 10 nəfərdən 3-4-də rast gəlinir və çox zaman gizli şəkildə orqanizmdə qala bilir. Epstein-Barr virusu orqanizmin immun sistemini zəiflədə bilər və uzunmüddətli yorğunluq sindromu ilə əlaqələndirilir. Bəzi elmi araşdırmalara əsasən, bu virusun müəyyən hallarda ciddi immun dəyişikliklər yaratdığı və bəzi onkoloji xəstəliklərlə əlaqəsinin olduğu da qeyd edilir.
Mütəxəssisin sözlərinə görə, bu virus çox zaman aşkar simptom vermədən orqanizmdə aktiv və ya latent formada qala bilir. Bu səbəbdən insanlar uzun müddət davam edən halsızlıq və yorğunluğu adi vəziyyət kimi qəbul etsələr də, əslində səbəb daha dərin ola bilər.
Həkim əlavə edir ki, əgər bir şəxs davamlı olaraq halsızlıq, enerji çatışmazlığı, tez yorulma və ümumi zəiflik hiss edirsə, yalnız vitamin analizləri ilə kifayətlənməməli, geniş tibbi müayinədən keçməlidir. Bu müayinələr zamanı virus infeksiyalarının, o cümlədən Epstein-Barr virusunun da yoxlanılması tövsiyə olunur.Düzgün diaqnoz qoyulmadıqda halsızlıq uzun müddət davam edə bilər və insanın həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər. Ona görə də bu kimi şikayətləri olan şəxslər vaxtında həkimə müraciət etməli və problemə kompleks yanaşmalıdırlar.
Həkim sonda qeyd edib ki, daimi yorğunluq “adi hal” kimi qəbul edilməməli, bunun arxasında dayanan səbəb mütləq şəkildə araşdırılmalıdır.
Nigar
16:41 / 10 Noyabr 2026
1
16:35 / 10 Noyabr 2026
31
16:21 / 10 Noyabr 2026
44
16:12 / 10 Noyabr 2026
115
15:58 / 10 Noyabr 2026
81
15:44 / 10 Noyabr 2026
166
15:34 / 10 Noyabr 2026
252
15:31 / 10 Noyabr 2026
79
15:25 / 10 Noyabr 2026
115
15:22 / 10 Noyabr 2026
99
14:58 / 10 Noyabr 2026
2244
14:55 / 10 Noyabr 2026
368
14:48 / 10 Noyabr 2026
377
14:23 / 10 Noyabr 2026
468
14:20 / 10 Noyabr 2026
861
14:09 / 10 Noyabr 2026
213
14:00 / 10 Noyabr 2026
887
13:44 / 10 Noyabr 2026
136
13:38 / 10 Noyabr 2026
389
13:26 / 10 Noyabr 2026
1736
13:24 / 10 Noyabr 2026
152
13:20 / 10 Noyabr 2026
349
13:05 / 10 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.