Rəşid Behbudovun bacısı oğlunun ACI TALEYİ: Qürbətdə can verən MÜĞƏNNİ NƏDƏN İNCİMİŞDİ?
10 Noyabr 2026, 21:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1026
11.06.2026, 15:44
İyunun 10-da "Şəhid Analarına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı ildə elan etdiyi qrand müsabiqəsində qalib olduğu "Aprel şəhidlərinin ailə üzvləri ilə iş" adlı layihəsi çərçivəsində növbəti tədbiri Bakı şəhər Bəhruz Sultanov adına 34 saylı tam orta məktəbdə keçirilib.
"Şəhid Analarına Dəstək" İB-nin təşkilatçılığı və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Aprel şəhidlərinin ailə üzləri ilə bərabər Azərbaycanın ərazi bütövlüyü uğrunda bütün dövrlərdə canlarından keçmiş şəhidlərin də ailə üzvləri iştirak edib. Tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla anılmış, Dövlət Himni səsləndirilmişdir. Tədbirdə Birliyin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək dəyərli qonaqları salamlamış, layihənin əsas məqsədinin “Aprel şəhidləri”nin ailə üzvləri ilə görüşlər təşkil etmək, həm aprel döyüşlərinin 10 illiyi münasibətilə həmin şəhidlərimizin tanınmasına, xatırlanmasına, həm də şəhid ailə üzvlərinin daim diqqətdə saxlanılması və onlara qayğı göstərilməsinə töhfə vermək, şəhid ailələrini bir araya gətirməklə onların qarşılıqlı tanışlığı və ünsiyyətini təşkil etmək, mənəvi dəstəyi gücləndirmək və sosial həmrəyliyi artırmaq olduğunu vurğulayıb.
Ceyran xanım Dövlət strategiyasına uyğun olaraq şəhidlərimizin xatirəsinə diqqət göstərmək istiqamətində İB-n yardımçı olacağını,
cəmiyyətimizə Aprel şəhidlərimizin qəhrəmanlıq yolunun yeniyetmələrə örnək olacağını, ailələrinin , yaxınlarının cəmiyyətə inteqrasıyası üçün təsəlli, stimul olaccağını qeyd edib.
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə ana, Aprel şəhidi Qoşqar Hacıyevin anası Pəri Hacıyeva, Vətən müharibəsinin şəhidi Mikayıl Məmmədzadənin anası Zülfiyyə Məmmədova, Aprel şəhidi Sahil Şirinovun anası Şəhla Şirinova, 34 saylı tam orta məktəbin direktoru şəhid Sənan Axundovun xanımı Nəcibə Axundova çıxış edərək belə tədbirlərin, xüsusən şəhid ailələrinin görüşlərinin keçirilməsinin onlar üçün nə qədər önəmli olduğunu, dövlət dəstəyinin hər zaman üzərlərində hiss etdiklərini qeyd edib və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, "Şəhid Analarına Dəstək" İctimai Birliyinə, tədbirin keçirilməsi üçün gözəl şərait yaradan Bəhruz Sultanov adına 34 saylı tam orta məktəbin direktoru Nəcibə Axundovaya və məktəbin müəllim və şagird kollektivinə xüsusi təşəkkürlərini bildiriblər.
Şəhid ailələrinin görüşü çay süfrəsində davam etdirilib, şəhid ailə üzvlərinə hədiyyələr təqdim edilib.
Sonda şəhid ailələri ilə xatirə şəkilləri çəkilib.



21:19 / 10 Noyabr 2026
43
21:12 / 10 Noyabr 2026
72
21:10 / 10 Noyabr 2026
168
20:56 / 10 Noyabr 2026
77
20:54 / 10 Noyabr 2026
187
20:46 / 10 Noyabr 2026
95
20:35 / 10 Noyabr 2026
107
20:17 / 10 Noyabr 2026
95
20:10 / 10 Noyabr 2026
1088
19:59 / 10 Noyabr 2026
104
19:58 / 10 Noyabr 2026
99
19:52 / 10 Noyabr 2026
108
19:52 / 10 Noyabr 2026
102
19:43 / 10 Noyabr 2026
108
19:40 / 10 Noyabr 2026
127
19:26 / 10 Noyabr 2026
114
19:20 / 10 Noyabr 2026
673
19:06 / 10 Noyabr 2026
144
18:58 / 10 Noyabr 2026
848
18:56 / 10 Noyabr 2026
121
18:39 / 10 Noyabr 2026
251
18:26 / 10 Noyabr 2026
639
18:25 / 10 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.