Rəşid Behbudovun bacısı oğlunun ACI TALEYİ: Qürbətdə can verən MÜĞƏNNİ NƏDƏN İNCİMİŞDİ?
10 Noyabr 2026, 21:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
666
11.06.2026, 14:28
Aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi üçün aqrar sahə haqqında yeni qanunun hazırlanması nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə həsr olunan dinləmədə bildirib.
Onun sözlərinə görə, bu qanun kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların vahid qanunda təsbitini, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarını formalaşdıracaq: "Eyni zamanda aqrar terminologiyanın unifikasiyasına və iqlim dəyişiklikləri, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əksinə şərait yaradacaq".
Nazir deyib ki, balıqçılıq və akvakultura sahəsində 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi nəzərdə tutulur:
"Yeni "Balıqçılıq haqqında" qanun rəqəmsallaşmanın genişləndirilməsi, qeydiyyat və uçotun sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və idarəetmənin təkmilləşdirilməsini təmin edəcək. Eyni zamanda nəzarətin gücləndirilməsi ilə subioehtiyatların qorunması və qanunsuz ovçuluğun qarşısının alınması təmin olunacaq”.
Məcnun Məmmədov nəzərə çatdırıb ki, fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün məhsul şəhadətnaməsi haqqında qanunun qəbulu nəzərdə tutulur.: "Bu mexanizm anbar məhsullarının qiymətli aktiv kimi rəsmiləşdirilməsinə və girov kimi istifadəsinə imkan verəcək.Nəticədə fermerlərin dövriyyə kapitalına çıxışı asanlaşacaq, maliyyə bazarları ilə əlaqədar güclənəcək və investisiya imkanları genişlənəcək".
21:19 / 10 Noyabr 2026
43
21:12 / 10 Noyabr 2026
72
21:10 / 10 Noyabr 2026
168
20:56 / 10 Noyabr 2026
77
20:54 / 10 Noyabr 2026
187
20:46 / 10 Noyabr 2026
95
20:35 / 10 Noyabr 2026
107
20:17 / 10 Noyabr 2026
95
20:10 / 10 Noyabr 2026
1088
19:59 / 10 Noyabr 2026
104
19:58 / 10 Noyabr 2026
99
19:52 / 10 Noyabr 2026
108
19:52 / 10 Noyabr 2026
102
19:43 / 10 Noyabr 2026
108
19:40 / 10 Noyabr 2026
127
19:26 / 10 Noyabr 2026
114
19:20 / 10 Noyabr 2026
673
19:06 / 10 Noyabr 2026
144
18:58 / 10 Noyabr 2026
848
18:56 / 10 Noyabr 2026
121
18:39 / 10 Noyabr 2026
251
18:26 / 10 Noyabr 2026
639
18:25 / 10 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.