Çıxarışı olmayan həyət evinə görə əmlak vergisi ödənilməlidirmi? – Vəkil Tural Hüseynov məsələyə aydınlıq gətirdi
21 İyul 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2025
11.06.2026, 10:19
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakımənzilkommunlayihə” ləğv edildi, “Yaşıl teatr” Mədəniyyət Nazirliyinə verildi, “Zoopark” isə...
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət "İnterservis" Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkil olunacaq.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı iyunun 10-da fərman imzalayıb.
Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə"nin ləğv edilməsi ilə bağlı da qərar verilib.
“Bakımənzilkommunlayihə”paytaxtın Bakı şəhərində mənzil-kommunal sahəsinin idarə olunmasında mühüm rol oynayan əsas qurumlardan biridir. Bu təşkilat yaşayış binalarının saxlanılması, təmiri, abadlaşdırılması və kommunal xidmətlərin təşkili istiqamətində geniş fəaliyyət səlahiyyəti var. Qurumun əsas vəzifələrinə çoxmənzilli yaşayış binalarının texniki vəziyyətinə nəzarət, lift təsərrüfatının istismarı, həyətlərin abadlaşdırılması, yaşıllıqların qorunması və tullantıların idarə olunması daxildir. Köhnə yaşayış binalarının fasadlarının yenilənməsi, həyətlərin müasir standartlara uyğun abadlaşdırılması da daxildir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” konsert kompleksi, Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Bakı Şəhər Heyvanat Parkı(Zoopark) ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirilib və yenidən təşkil ediləcək.
Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin əsas qurumlarından olan və «Bakı Şəhər Əsaslı Tikinti və Təmir» MMC-də də islahatlar aparılacaq, onun strukturu və əməkhaqqı sisteminin təkmilləşdiriləcək.
Eldar Əzizov: Son 20 ildə Bakıda çoxlu yaşayış kompleksləri, hotellər tikilib, xəstəxanaların sayı 2 dəfə artırılıb
Fərmanda tapşırılıb ki, yeniliklər nəticəsində ixtisar olunacaq əməkdaşlara münasibətdə Əmək Məcəlləsinə, “Dövlət qulluğu haqqında” qanuna və “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsün.
Bakı Şəhər icra hakimiyyətindəki islahatlar, yeni qurumların yaradılması, ixtisar və təkmilləşdirmələr Maliyyə Nazirliyinin ciddi maliyyə nəzarəti altında aparılacaq.
Fərmanda Maliyyə Nazirliyinə tapşırılıb ki, yaradılması nəzərdə tutulan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.
Yada salaq ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. O, 2000-2003-cü illərdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı olduqdan sonra səkkiz il də ölkənin ikinci ən böyük şəhəri Gəncəyə rəhbərlik edib. 2011–2015-ci illərdə nə təsadüfsə, bu dəfə də üçüncü böyük şəhərə- Sumqayıta rəhbərlik də ona tapşırılıb. Sonra isə üç il də Səbayeldə rəhbər olub. Rəsmi sərəncamı 2018-in noyabrında verilsə də, həmin ilin yayından Bakıya rəhbərlik etməkdədir... O da həqiqətdir ki, bu illər ərzində E.Əzizovun adı ciddi korrupsiya və rüşvət olaylarında hallanmayıb.
Bəzi iddialara görə, 70 yaşını haqlayan Əzizovun hakimiyyətlə vidalaşmaq vədəsi yetişir. Mediada da belə iddia vardı ki, guya Nəsiminin yeni icra başçısı, YAP-ın Aparat rəhbəri Tahir Budaqov onun yerinə gələcək və s. Məlumatlara inansaq, Əzizovu əslində, hələ Sumqayıtdan sonra icra strukturlarından uzaqlaşdırmaq istəyiblər, amma görünür, özü getmək istəməyib, bir az da işləmək möhləti alıb... //Musavat.com
17:30 / 21 İyul 2026
24
17:15 / 21 İyul 2026
35
16:58 / 21 İyul 2026
36
16:52 / 21 İyul 2026
38
16:33 / 21 İyul 2026
53
16:28 / 21 İyul 2026
51
16:16 / 21 İyul 2026
87
16:05 / 21 İyul 2026
74
16:02 / 21 İyul 2026
71
15:54 / 21 İyul 2026
68
15:52 / 21 İyul 2026
65
15:23 / 21 İyul 2026
79
15:17 / 21 İyul 2026
134
15:16 / 21 İyul 2026
87
15:09 / 21 İyul 2026
88
14:38 / 21 İyul 2026
203
14:33 / 21 İyul 2026
72
14:27 / 21 İyul 2026
75
14:24 / 21 İyul 2026
73
13:57 / 21 İyul 2026
93
13:55 / 21 İyul 2026
79
13:49 / 21 İyul 2026
92
13:26 / 21 İyul 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.