Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
10 Noyabr 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
555
10.06.2026, 13:12
Azərbaycanda avtomobil icarəsi bazarında bəzi hallarda şirkətlər özlərinə məxsus olmayan nəqliyyat vasitələrini də müştərilərə təqdim edirlər. Bir çox hallarda belə vəziyyətlərdə avtomobil sahibləri ilə rəsmi icarə müqaviləsi əvəzinə etibarnamədən istifadə olunur. Nəticədə avtomobildən əldə olunan gəlirlərin tam şəkildə rəsmiləşdirilməməsi və vergidən yayınma riskləri ilə bağlı suallar yaranır.
Bəs icarəyə verilməsi qanunvericilikdə ayrıca tənzimlənməlidirmi? Bu sahədə vergidən yayınma hallarının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseyinov Ajans.az-a bildirib ki, "bununla bağlı ciddi hüquqi boşluq yoxdur.
Problem daha çox praktikada yol verilən bəzi səhvlərlə bağlıdır".
"Avtomobil icarəsi ilə məşğul olan şirkət və ya fərdi sahibkar həm öz mülkiyyətində olan nəqliyyat vasitələrini, həm də başqa şəxslərdən cəlb etdiyi nəqliyyat vasitələrini icarəyə verə bilər. Başqa şəxslərdən nəqliyyat vasitələrinin cəlb olunması üçün mütləq icarə müqaviləsi bağlanmalıdır ki, sonradan vergi və maliyyə problemləri yaranmasın. Çünki həmin şəxs avtomobili müəyyən ödəniş qarşılığında istifadə üçün təqdim edir və gəlirdən pay alır.
Əlbəttə, müxtəlif hüquqi münasibətlər çərçivəsində başqa müqavilələr də bağlamaq mümkündür. Lakin etibarnamə ilə rəsmiləşdirmək düzgün olmaz. Çünki etibarnamə əvəzsiz əqddir və sonradan vergidən yayınma kimi qiymətləndirilə bilər.
Beləliklə, şirkət və ya sahibkar həm öz nəqliyyat vasitələrini, həm də başqalarından icarəyə götürdüyü avtomobilləri yenidən icarəyə verə bilər".
Bəs avtomobil icarəsi zamanı hansı sənədlər tərtib olunmalıdır?
"Avtomobil icarəyə verilərkən mütləq icarə müqaviləsi bağlanmalıdır. Təcrübədə bəzən icarə müqaviləsi əvəzinə yol vərəqəsi verilir. Halbuki buna ehtiyac yoxdur. Yol vərəqəsi ümumiyyətlə nəqliyyat vasitəsinin işçiyə verilməsi və onun əmək funksiyalarını yerinə yetirməsi üçün nəzərdə tutulur. Yəni bu, müəyyən mənada işçiyə verilən tapşırıq sənədidir.
Məsələn, sürücüyə tapşırılır ki, müəyyən yükü daşısın və ya sərnişin daşınmasını həyata keçirsin. Avtobuslarda da sürücülərə yol vərəqəsi verilir və onlar şirkət adından sərnişin daşıyırlar. Buna görə də icarəyə verilən avtomobil üçün yol vərəqəsi deyil, icarə müqaviləsi olmalıdır.
İcarə müqaviləsində avtomobilin hansı müddətə verildiyi, istifadə qaydaları və digər vacib şərtlər göstərilməlidir. Əsas məqsəd odur ki, nəqliyyat vasitəsini həmin müddətdə faktiki olaraq kimin idarə etdiyi müəyyən olunsun".
22:04 / 10 Noyabr 2026
60
21:55 / 10 Noyabr 2026
265
21:51 / 10 Noyabr 2026
69
21:49 / 10 Noyabr 2026
77
21:46 / 10 Noyabr 2026
70
21:44 / 10 Noyabr 2026
74
21:40 / 10 Noyabr 2026
75
21:33 / 10 Noyabr 2026
18600
21:19 / 10 Noyabr 2026
95
21:12 / 10 Noyabr 2026
109
21:10 / 10 Noyabr 2026
337
20:56 / 10 Noyabr 2026
95
20:54 / 10 Noyabr 2026
383
20:46 / 10 Noyabr 2026
109
20:35 / 10 Noyabr 2026
125
20:17 / 10 Noyabr 2026
109
20:10 / 10 Noyabr 2026
1305
19:59 / 10 Noyabr 2026
114
19:58 / 10 Noyabr 2026
110
19:52 / 10 Noyabr 2026
117
19:52 / 10 Noyabr 2026
116
19:43 / 10 Noyabr 2026
124
19:40 / 10 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.