Evdə stress yaradan 5 şey
10 Noyabr 2026, 22:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
584
10.06.2026, 10:34
Xalq artisti Zeynəb Xanlarovanın ifası ilə məşhurlaşan “Esmira” mahnısı yataq xəstəsi olan bir xanıma həsr olunub. Sözləri Rüfət Əhmədzadəyə, musiqisi bəstəkar Emin Sabitoğluna məxsusdur.
Oxu24.com bildirir ki, Esmira fiziki məhdudiyyətli olub və bu səbəbdən ömrünün 20 ildən çoxunu dəmir çarpayıda keçirib. O, 1974-cü ildə “Azərbaycan gəncləri” qəzetinə yazdığı həssas məktubla tanınıb. Esmira həmin məktubunda belə yazırdı:
“Hörmətli redaksiya! 20 ilə yaxındır ki, dəmir çarpayının dustağıyam. Bəli, qıçım tutulub, xəstəyəm. Mən bunun üçün kimsədən şikayətlənmirəm. Xeyirxah, bacarıqlı həkimlər məni müalicə etmək üçün çox əziyyət çəkiblər, ancaq mümkün olmayıb…”
Onun məktubuna müxtəlif rayonlardan cavablar gəlmişdi. Udi qadına dəstək olanlardan biri də mərhum Xalq artisti Arif Quliyev olub. O, Esmiraya imzalı kitabını göndərərək ona mənəvi dəstək göstərib.
Qeyd edək ki, Esmiranın da üzvü olduğu Qanqalovlar ailəsinə məxsus ev hazırda “Azərbaycan Udi Ocağı” tarixi-etnoqrafik park-muzeyinin həyətində yerləşir. Muzey aradılandan məktublar buraya etibar edilib. Gəlib-gedən turistlərin də maraqla izlədiyi guşələrdən birinə çevrilib. Məktubların sayı çox olduğundan bir qismi xüsusi otaqda saxlanılır.
Mətn: Havar Şəfiyeva
22:30 / 10 Noyabr 2026
19
22:27 / 10 Noyabr 2026
22
22:19 / 10 Noyabr 2026
22
22:04 / 10 Noyabr 2026
94
21:55 / 10 Noyabr 2026
345
21:51 / 10 Noyabr 2026
75
21:49 / 10 Noyabr 2026
139
21:46 / 10 Noyabr 2026
132
21:44 / 10 Noyabr 2026
82
21:40 / 10 Noyabr 2026
80
21:33 / 10 Noyabr 2026
18629
21:19 / 10 Noyabr 2026
100
21:12 / 10 Noyabr 2026
115
21:10 / 10 Noyabr 2026
378
20:56 / 10 Noyabr 2026
98
20:54 / 10 Noyabr 2026
452
20:46 / 10 Noyabr 2026
113
20:35 / 10 Noyabr 2026
129
20:17 / 10 Noyabr 2026
112
20:10 / 10 Noyabr 2026
1350
19:59 / 10 Noyabr 2026
115
19:58 / 10 Noyabr 2026
111
19:52 / 10 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.