Bakının bu ərazilərində 3-6 saat işıq OLMAYACAQ
28 Sentyabr 2026, 05:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
552
09.06.2026, 12:38
“2025-ci ildə Azərbaycanın əsas makroiqtisadi göstəricilərində müsbət dinamika müşahidə olunub. Ümumi Daxili Məhsul (ÜDM) 129,1 milyard manata çatıb, qeyri-neft-qaz sektorunda artım davam edib, dövlət borcunun ÜDM-də payı isə azalıb”.
Oxu24.com Ajans.az -a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, 2025-ci ildə ÜDM 129,1 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə real ifadədə 1,4 faiz, nominal ifadədə isə 2 faiz artım deməkdir. 2023-cü illə müqayisədə isə ÜDM 6 milyard manat və ya 5 faiz yüksəlib.
Qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manata çatıb. Bu sahədə real artım 2,7 faiz olub. 2023-cü illə müqayisədə isə qeyri-neft-qaz sektoru üzrə ÜDM nominal ifadədə 13,3 milyard manat və ya 16,9 faiz artıb. 2025-ci ildə xam neftin bir barelinin orta illik qiyməti 71 ABŞ dolları təşkil edib. Orta illik inflyasiya 5,6 faiz səviyyəsində olub, manatın məzənnəsi isə 1,7 manat olaraq sabit qalıb.
Əhalinin nominal gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artıb. Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə dövlət borcu 26 milyard manat və ya illik ÜDM-in 20,1 faizi həcmində olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azalıb. 2026-cı il iyunun 1-nə isə dövlət borcu 24,1 milyard manata və ya ÜDM-in 18,4 faizinə enib. Azərbaycan ümumi dövlət borcu ilə ÜDM nisbətinin ən aşağı olduğu ölkələrdən biri kimi mövqeyini qoruyur.
Borc portfelinin strukturuna gəlincə, 2026-cı il yanvarın 1-nə daxili dövlət borcu 17,8 milyard manat və ya ümumi borcun 68,5 faizini, xarici dövlət borcu isə 8,2 milyard manat və ya 31,5 faizini təşkil edib. 2026-cı il iyunun 1-nə bu göstəricilər müvafiq olaraq 16,2 milyard manat (67,2 faiz) və 7,9 milyard manat (32,8 faiz) olub.
Nazir vurğulayıb ki, dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı aşağı səviyyədədir. Dövlət istiqrazlarının orta ödəmə müddəti il ərzində 2,2 dəfə artaraq 3,3 ilə çatıb. 2026-cı il iyunun 1-nə bu göstərici 3,83 il təşkil edib. Eyni zamanda, portfeldə 5 il və daha uzunmüddətli istiqrazların payı 0,6 faizdən 49 faizə yüksəlib.
2026-cı il iyunun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 88,4 milyard ABŞ dollarına çatıb. Bu göstərici xarici dövlət borcunu 19,2 dəfə üstələyir.
Həmçinin bildirilib ki, 2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə təxminən 8,5 milyard ABŞ dolları həcmində transfert həyata keçirilib və bu, proqnoz səviyyəsində icra olunub. 2029-cu ilədək transfertlərin 6 milyard ABŞ dollarına endirilməsi planlaşdırılır.
Maliyyə naziri qeyd edib ki, xərclərin səmərəli icrası və gəlirlərin proqnozdan yüksək olması nəticəsində 2025-ci il dövlət büdcəsi profisitlə icra olunub.
05:49 / 28 Sentyabr 2026
1
05:25 / 28 Sentyabr 2026
91
00:12 / 28 Sentyabr 2026
107
00:09 / 28 Sentyabr 2026
141
23:44 / 27 Sentyabr 2026
3027
23:31 / 27 Sentyabr 2026
86
23:24 / 27 Sentyabr 2026
93
23:06 / 27 Sentyabr 2026
84
23:02 / 27 Sentyabr 2026
366
22:58 / 27 Sentyabr 2026
83
22:55 / 27 Sentyabr 2026
90
22:37 / 27 Sentyabr 2026
745
22:03 / 27 Sentyabr 2026
95
21:49 / 27 Sentyabr 2026
783
21:30 / 27 Sentyabr 2026
313
21:29 / 27 Sentyabr 2026
75
21:12 / 27 Sentyabr 2026
216
21:06 / 27 Sentyabr 2026
73
21:00 / 27 Sentyabr 2026
158
20:59 / 27 Sentyabr 2026
90
20:47 / 27 Sentyabr 2026
257
20:38 / 27 Sentyabr 2026
99
20:30 / 27 Sentyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.