Xərçəng riskini azaldan EFFEKTLİ ÜSUL
07 İyul 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
6776
27.05.2026, 11:58
“Yoldaşım pensiya almadan vəfat edib, onun pensiya kapitalından istifadə edə bilərəmmi?”
Pensiya hüquqları və sosial təminat məsələləri son illərdə ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Xüsusilə də vətəndaşların bir qisminin pensiya yaşına çatmadan vəfat etməsi, onların topladığı pensiya kapitalının taleyi barədə sualları daha da aktuallaşdırır.
Bu mövzuda Oxu24.com-a açıqlama verən vəkil Vəfadar Piriyev bildirib ki, hazırkı qanunvericilikdə pensiya kapitalının birbaşa miras kimi ailə üzvlərinə ötürülməsi məsələsi tam şəkildə formalaşmış mexanizm kimi tətbiq olunmur, lakin bu istiqamətdə islahatların aparılması gündəmdədir.
Vəkilin sözlərinə görə, yoldaşı və ya yaxın ailə üzvü pensiya almadan vəfat etdikdə yaranan vəziyyət hüquqi və sosial baxımdan həssas yanaşma tələb edir: “Bu, cəmiyyətin ən yaralı mövzularından biridir. İnsanlar illərlə əmək fəaliyyəti ilə pensiya kapitalı toplayır, amma həmin vəsaitdən istifadə etmədən dünyasını dəyişirsə, ailə üzvlərində haqlı suallar yaranır: bu kapitalın taleyi necə olacaq?”
Vəkil qeyd edib ki, hazırda tətbiq olunan pensiya sistemi daha çox sosial sığorta prinsiplərinə əsaslanır və fərdi kapitalın tam şəkildə miras kimi ötürülməsi mexanizmi hərtərəfli formalaşmayıb: “Hazırkı modeldə pensiya sistemi sosial təminat prinsipi üzərində qurulub. Yəni toplanan vəsait birbaşa bank əmanəti kimi miras qalan aktiv deyil. Ona görə də vəfat edən şəxsin pensiya kapitalının ailəyə ötürülməsi məsələsi hüquqi baxımdan məhdudiyyətlərlə qarşılaşır.”
Vəfadar Piriyev bildirib ki, bu sahədə islahatların aparılması və yeni mexanizmlərin tətbiqi gözlənilir. Onun sözlərinə görə, pensiya kapitalının müəyyən hissəsinin miras əmlakı kimi ailə üzvlərinə keçməsi, yaxud xüsusi pensiya fondlarının yaradılması ideyası müzakirə olunur: “Hazırda bu istiqamətdə dövlət səviyyəsində müzakirələr aparılır. Gələcəkdə pensiya kapitalının miras kimi qəbul edilən şəxslərə yönəldilməsi, eləcə də ailə başçısını itirməyə görə pensiya mexanizminin daha da təkmilləşdirilməsi gündəmdədir.”
Vəkil əlavə edib ki, sosial təminat sisteminin diversifikasiyası üçün özəl pensiya fondlarının yaradılması məsələsi də müzakirə olunan mövzular sırasındadır: “Bəzi iqtisadi və hüquqi təşəbbüslərdə özəl pensiya fondlarının yaradılması ideyası da var. Bu, gələcəkdə vətəndaşların pensiya kapitalına daha çevik və fərdi yanaşma imkanı yarada bilər.”
Sonda vəkil vətəndaşlara bu məsələdə tələskənlik etməməyi və qanunvericilikdəki dəyişiklikləri diqqətlə izləməyi tövsiyə edib: “Hazırda bu sahədə proseslər davam edir. Dəqiq hüquqi mexanizmlər formalaşdıqdan sonra vətəndaşlar üçün daha aydın və ədalətli sistem yaranacaq. Ona görə də ən doğru yanaşma gözləmək və məlumatlı olmaqdır.”
Qeyd edək ki, pensiya kapitalının miras kimi ötürülməsi və sosial sığorta sistemində islahatlar məsələsi son dövrlər ekspertlər və ictimaiyyət arasında geniş müzakirə olunur.
Hazırladı: Turan Etibaroğlu
00:44 / 07 İyul 2026
79
00:18 / 07 İyul 2026
356
00:16 / 07 İyul 2026
77
00:12 / 07 İyul 2026
77
00:10 / 07 İyul 2026
174
00:02 / 07 İyul 2026
74
23:56 / 06 İyul 2026
170
23:56 / 06 İyul 2026
78
23:46 / 06 İyul 2026
404
23:41 / 06 İyul 2026
147
23:32 / 06 İyul 2026
181
23:08 / 06 İyul 2026
762
23:02 / 06 İyul 2026
395
22:53 / 06 İyul 2026
87
22:41 / 06 İyul 2026
185
22:36 / 06 İyul 2026
420
22:32 / 06 İyul 2026
87
22:26 / 06 İyul 2026
79
22:15 / 06 İyul 2026
105
22:05 / 06 İyul 2026
74
22:05 / 06 İyul 2026
82
22:00 / 06 İyul 2026
82
21:53 / 06 İyul 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.