Qaynar xətt:

(+99450) 247 90 86

Adil Qeybulladan hantavirusla bağlı qorxunc proqnoz

Adil Qeybulladan hantavirusla bağlı qorxunc proqnoz

CƏMİYYƏT

167

08.05.2026, 18:05

Sağlamlıq tədbirləri həyata keçirilsə və bütün ölkələr arasında həmrəylik nümayiş etdirilsə, kruiz gəmisində yayılan hantavirus epidemiyasının məhdud miqyasda qalacağı gözlənilir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. ÜST-nin məlumatına görə, kruiz gəmisində hantavirusa yoluxma hadisəsi nəticəsində ümumilikdə 3 nəfər ölüb, 8 yoluxma qeydə alınıb, onlardan 5-i laborator analizlə təsdiqlənib. Bildirilir ki, təxminən 150 sərnişinin olduğu kruiz gəmisi İspaniyanın Kanar adalarına doğru hərəkət edir. Sərnişinlər kabinələrində izolyasiya olunmuş vəziyyətdə saxlanılır.

Son günlər İsraildə hantavirusun qeydə alınması və bu xəstəliyin Avropa səfəri ilə əlaqələndirilməsi narahatlıq yaradıb. Xüsusilə yay mövsümündə bağ evləri, anbarlar və kənd təsərrüfatı sahələrində gəmiricilərlə təmas riskinin artması insanları düşündürür.

Bu virusun Azərbaycana gəlmə ehtimalı nə qədərdir?

 Oxu24.com xəbər verir ki məsələ ilə bağlı professor Adil Qeybulla Demokrat.az-a bildirib ki, hantavirus gəmiricilərdə parazitlik edən virusdur və insana da adətən gəmiricilərin ağız suyundan, sidiyindən və belə ekskretlərindən keçir:

“Ona görə də gəmiricilər, yəni siçan və siçovullar xüsusilə, onların olduğu yerdə diqqətli olmaq lazımdır. Və onların ekskrementləri əgər hansısa bir yerdə aşkar edilibsə, onları təmizləyən zaman maskada olmalı və həmin zona dezinfeksiya edilməlidir. Ümumiyyətlə qorunma yolu budur. Çünki onları süpürəndə, təmizləyəndə həmin ekskrementlərin havada olan zərrəcikləri nəfəs yoluna düşərsə, orada xəstəlik yoluxa bilər. Xəstəlik ən çox ağciyər və ürəyi zədələyir və çox ciddi kardiopulmonal ağırlaşmalar yaradır. İnsanlarda çox ağır gedir, ona görə də bəzi mənbələrdə 38%, bəzi mənbələrdə 40%-dən yuxarı ölüm halları yaradır. Xəstəliyin geniş epidemiya yaratmaq potensialı bu gün olmasa da yoluxma mənbəyinə və yoluxma yoluna görə, amma bu nə vaxtsa yoluxma yolları dəyişərək yəni problem yarada bilər. O baxımdan da hesab edirəm ki, proses yerində lokallaşdırılmalıdır mümkün qədər və bunun hər halda baş vermə zonaları aradan qaldırılmalıdır”.

O deyib ki, birinci məsələ bu gəmiricilərin müxtəlif yerlərdə insanla təmasları azaldılmalıdır:

“Məsələn, yoluxanların bir neçəsi gəmidən yoluxub. Gəmilərdə bilirsiniz ki, siçan, siçovullar adətən lövbər salırlar, orada xüsusi dəlmə-deşiklər çoxdur. Orada qalırlar, yaşayırlar və onların ekskrementləri ilə insanların təması mümkün olur və bu da sonda gəlib bu problemə çevrilir. Xüsusilə də gecəqondulu evlər və bina evlərinin özlərində də siçan, siçovullar olur. Yəni, bu gəmiricilərlə insanların kontaktı cəmiyyətdə sıxdır. Və hesab edirəm ki, bu yoluxan adamlar xüsusi nəzarətdə olmalıdır, bir də transsərhəd zonalarda nəzarət gücləndirilməlidir. Azərbaycanda bunun olması realdırmı? Bəli, çünki biz istənilən bir xəstə adamın bura gəlib onu kiməsə yoluxdurması mümkündür”.