Hafiz Hacıyev imkanlı şəxslərdən qurban payı istədi
27 May 2026, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
631
07.05.2026, 13:56
Sökülən "balaca evlər"lə bağlı YENİ TƏKLİF: "Vətəndaş mərkəzdən uzağa getmək məcburiyyətində qalır"
Azərbaycanda dövlət ehtiyacları və ya şəhərsalma planı çərçivəsində söküntüyə məruz qalan kiçik sahəli mənzillərin sahibləri üçün yeni kompensasiya mexanizminin tətbiqi gündəmdədir. Milli Məclisdə qaldırılan bu məsələ, xüsusilə şəhərin mərkəzi hissələrində yaşayan, lakin mənzil sahəsi çox kiçik olan vətəndaşların maraqlarının qorunmasına xidmət edir.
Milli Məclisin iclasında deputat Vüqar Bayramov tərəfindən səsləndirilən təklifdə bildirilir ki, sahəsi az olan evlərin sökülməsi zamanı ödənilən mövcud kompensasiya vətəndaşın yeni mənzil almasına kifayət etmir. Bu səbəbdən həmin kateqoriyadan olan evlər üçün xüsusi artırılmış əmsalların tətbiqi və ya fərqli yanaşma metodikasının hazırlanması zəruridir.
Mövzu ilə bağlı Oxu24.com-un sualını əmlak məsələləri üzrə ekspert Elnur Azadov cavablandırıb.
-Hazırda söküntü zamanı ödənilən kompensasiyalar bazar qiymətlərinə uyğun hesablanırmı və kiçik sahəli evlərlə bağlı yaranan çətinliyin həlli yolu nədir?
Ekspert Elnur Azadov bildirir ki, bu gün parlamentdə Vüqar Bayramov tərəfindən toxunulan bu məsələ kifayət qədər aktualdır. O qeyd edir ki, xüsusilə dövlət xətti ilə söküntüyə məruz qalan kiçik sahəli evlərin sahibləri ciddi əziyyət çəkirlər. "Vətəndaş mərkəzdə yaşayır, evi köhnəlmiş olsa da, ona verilən kompensasiya hətta şəhərin kənarında belə ev almağa imkan vermir" deyən ekspert, bu istiqamətdə hazırda fərqli bir yanaşma metodikasının üzərində işlər aparıldığını vurğulayır.
Kompensasiyaların bazar qiymətinə uyğunluğuna gəlincə, E.Azadov bildirir ki, qiymətləndirmə prosesi "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əsasən, müvafiq palata və cəmiyyətlərin üzvü olan qiymətləndiricilər tərəfindən aparılır. Ekspert qeyd edir ki, həmin ərazidəki evlərin orta qiyməti müəyyən edilir və dövlət tərəfindən ödənişlər bu rəqəm əsasında həyata keçirilir.
Lakin o, bu sistemin həm mənfi, həm də müsbət tərəflərinin olduğunu diqqətə çatdırır. Ekspertin sözlərinə görə, əgər bina tam aşınmış, qəzalı və yaşayış üçün tam yararsızdırsa, vətəndaşlar verilən kompensasiyanı normal qarşılayırlar. Lakin orta təmirli və insanların illərdir yaşadığı evlərdə vəziyyət fərqlidir.
Ekspert vurğulayır ki, bu tip evlərə verilən vəsait həmin ərazidə hər hansı alternativ, hətta köhnə bir evin alınmasına belə yol vermir. Vətəndaşlar bildirirlər ki, bu məbləğlə mərkəzdən xeyli uzaq ərazilərə getmək məcburiyyətində qalırlar.
Elnur Azadov xüsusilə yüksək təmirli və az aşınmış evlərlə bağlı narazılıqlara toxunaraq bildirir ki, tətbiq olunan 2700 manatlıq (mərkəz üçün) və ya daha aşağı kompensasiya məbləğləri çox azdır.
“Mənim fikrimcə, təmiri yüksək səviyyədə olan evlərə kompensasiya məbləği fərdi qaydada nəzərə alınmalıdır" deyən ekspert, təəssüf hissi ilə qeyd edir ki, hazırda belə bir mexanizm geniş tətbiq olunmadığından həmin mülk sahibləri özlərini zərərçəkən hesab edirlər.
Çimnaz Telmanqızı
19:45 / 27 May 2026
4
19:34 / 27 May 2026
31
19:32 / 27 May 2026
28
19:27 / 27 May 2026
38
19:27 / 27 May 2026
37
19:20 / 27 May 2026
282
19:05 / 27 May 2026
42
18:57 / 27 May 2026
70
18:55 / 27 May 2026
68
18:47 / 27 May 2026
83
18:45 / 27 May 2026
75
18:40 / 27 May 2026
68
18:34 / 27 May 2026
67
18:26 / 27 May 2026
85
18:07 / 27 May 2026
66
17:59 / 27 May 2026
751
17:51 / 27 May 2026
100
17:42 / 27 May 2026
92
17:26 / 27 May 2026
97
17:19 / 27 May 2026
98
17:16 / 27 May 2026
116
17:14 / 27 May 2026
80
17:02 / 27 May 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.