“İgid əsgər, möhkəm dayan” mahnısı ona həsr olunubmuş -VİDEO
29 Sentyabr 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
561
07.05.2026, 11:54
Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların istismar sənədlərinə dair tələblər müəyyənləşib.
Oxu24.com xəbər verir ki,Ajans.az-ın əldə etdiyi məlumata görə, qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların çatdırılma dəstlərinə Azərbaycan dilində qurğunun quraşdırılması, texniki xidməti, təmiri və istismarı üzrə təlimat sənədləri daxil edilməlidir.
İstismar sənədləri kağız daşıyıcılarda olmalıdır. Kağız daşıyıcılara elektron daşıyıcılarda istismar sənədləri dəsti əlavə oluna bilər.
Qurğu və avadanlıqların quraşdırılması, texniki xidməti və təmiri üzrə təlimatlarda aşağıdakı məlumatlar olmalıdır:
· qurğu və avadanlığın ümumi təsviri və onun işləmə qaydası;
· qurğunun nominal istilik gücü və (və ya) nominal istilik performansı;
· istifadə olunan qazların növləri və nominal təzyiqləri;
· qurğunun bir qaz növündən digərinə keçirilməsi qaydası;
· yanma prosesinin və yanma məhsullarının kənarlaşdırılmasının təmin edilməsi, habelə təhlükəli yanmamış qazların yığılmasının istisna edilməsinə şərait yaradılması üçün qurğunun quraşdırıldığı məkanın havalandırılmasına dair tələblər;
· istismar zamanı qurğunun düzgün quraşdırma və sazlanmasının, bəyan edilmiş texniki xüsusiyyətlərinin və təhlükəsizliyinin təmin edilməsi üçün bloklu qaz odluqlarına və bu odluqların nəzərdə tutulduğu qurğuya dair tələblər, ehtiyac olduğu halda isə istehsalçı tərəfindən tövsiyə olunan kombinasiyaların siyahısı;
· isidici funksiyalı qurğu üçün suyun kimyəvi tərkibinə dair tələblər (suyun istilikdaşıyıcı olduğu halda);
· avtomatlaşdırma sistemləri elektrik enerjisi ilə işləyən qurğu üçün elektrik şəbəkəsinin nominal gərginliyi;
· istismar zamanı qurğu və avadanlıqlara göstərilməli olan texniki xidmətin növləri və dövriliyi;
· qurğu və avadanlığın xarakterik nasazlıqları və onların aradan qaldırılması üsulları;
· tüstü bacasına qoşulmayan və yanma məhsullarının kənarlaşdırılması üçün sorulma qurğusu ilə təmin olunmayan isidici və suqızdırıcı qurğunun quraşdırılmasına icazə verilən otaqda hava mübadiləsinə dair tələblər;
· istehsalçının adı, ünvanı və əlaqə məlumatları;
· qurğu və avadanlığın istehsal tarixi (ay, il) və (və ya) istehsal tarixinin qeyd edildiyi yer və istehsal ilinin necə müəyyən edilməsi haqqında məlumat.
Qurğu və avadanlıqların istismar təlimatında onun bütün istismar müddəti ərzində təhlükəsiz istismarı üçün zəruri olan bütün məlumatlar əks etdirilməli və istifadəçiyə həmin qurğu və avadanlıqların istifadə məhdudiyyətlərinə dair məlumat verilməlidir.
İstismar təlimatında qurğu və avadanlıqların təhlükəsiz şəkildə utilizasiyası üçün tövsiyələr olmalıdır.
Qurğuların quraşdırılması üçün nəzərdə tutulmuş armaturlar və avadanlıqlar qurğuların quraşdırılması, texniki xidməti və təmiri üzrə təlimatlarla eyni dəstdə olmalıdır.
14:21 / 29 Sentyabr 2026
42
14:15 / 29 Sentyabr 2026
42
14:08 / 29 Sentyabr 2026
46
14:00 / 29 Sentyabr 2026
47
13:58 / 29 Sentyabr 2026
47
13:45 / 29 Sentyabr 2026
134
13:40 / 29 Sentyabr 2026
54
13:36 / 29 Sentyabr 2026
46
13:25 / 29 Sentyabr 2026
200
13:24 / 29 Sentyabr 2026
127
13:22 / 29 Sentyabr 2026
96
13:18 / 29 Sentyabr 2026
59
13:10 / 29 Sentyabr 2026
49
13:04 / 29 Sentyabr 2026
201
12:52 / 29 Sentyabr 2026
77
12:48 / 29 Sentyabr 2026
119
12:42 / 29 Sentyabr 2026
73
12:35 / 29 Sentyabr 2026
57
12:29 / 29 Sentyabr 2026
62
12:23 / 29 Sentyabr 2026
56
12:17 / 29 Sentyabr 2026
154
12:14 / 29 Sentyabr 2026
473
12:10 / 29 Sentyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.