Bakıda avtobus YANDI
06 İyul 2026, 13:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1109
07.05.2026, 11:55
Xəbər verdiyimiz kimi, mayın 5-də Milli Onkologiya Mərkəzində (MOM) baş vermiş bədbəxt hadisə nəticəsində ağır yaralanan həkim-radioloq Asif Akif oğlu Nəsirli müalicə olunduğu xəstəxanada vəfat edib. 44 yaşlı mütəxəssis aprelin 30-da MOM-un Radiologiya şöbəsində törədilən partlayış zamanı ağır xəsarət almışdı. O, bu gün doğulduğu Göyçay rayonunun Qaraxıdırlı kəndində torpağa tapşırılıb.
Sosial şəbəkələrdə və tibb ictimaiyyətində yayılan ən sarsıdıcı iddialardan biri isə Asif Nəsirlinin Azərbaycanda yeganə uşaq radioloqu olması ilə bağlıdır. O, 2008-ci ildən Milli Onkologiya Mərkəzinin həm Şüa terapiyası şöbəsində, həm də Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışaraq minlərlə uşağın həyatı üçün mübarizə aparıb.
Bəs uşaq radioloqu çatışmazlığı niyə bu qədər qorxuludur?
Mövzu ilə bağlı onkoloq həkim Ulduz Vəliyeva uşaq radiologiyasının əhəmiyyəti barədə Oxu24.com-a açıqlamasında bu suala aydınlıq gətirib.
Həkim Ulduz Vəliyeva qeyd edir ki, uşaqlarda rast gəlinən şişlər əsasən teratogen mənşəli (anadan gəlmə, bətn daxilində inkişaf edən) olduğu üçün diaqnostika və müalicə prosesi böyük həssaslıq tələb edir:
“Uşaq onkologiyasında radioloqun həm diaqnostika, həm də müalicə məqsədilə rolu çox böyükdür. Şişin düzgün diaqnozunun qoyulması, lokalizasiyasının müəyyən edilməsi və sonradan onun müalicəsi ilə məşğul olmaq çox incə bir işdir”.
Ulduz Vəliyevanın sözlərinə görə, uşaq orqanizmi böyüklərə nisbətən qat-qat həssasdır. Bu səbəbdən tətbiq edilən şüa terapiyası və ya digər metodlarda dozanın seçilməsi həyati əhəmiyyət kəsb edir:
“Şüa elə seçilməlidir ki, şişə təsir edib onu məhv etsin, lakin uşaq orqanizminə ziyan vurmasın. Kiçik bir səhv uşağın gələcək inkişafına mənfi təsir göstərə bilər”.
Onkoloq xüsusilə vurğulayıb ki, uşaq radioloqu yetişdirmək həm uzun zaman, həm də böyük maddi-mənəvi güc tələb edir. Bu səbəbdən nəinki Azərbaycanda, bütün dünyada bu cür mütəxəssislərin sayı olduqca azdır:
“Hər mütəxəssis bunu bacarmır. Bu iş çoxlu maddi, mənəvi və psixoloji güc tələb edir. Ona görə də uşaq onkologiyasında radioloqun rolu əvəzsizdir”.
Əgər yayılan iddialar doğrudursa və Asif Nəsirli həqiqətən də ölkədə bu işi görən tək mütəxəssis idisə, bu itki uşaqların müalicəsində ciddi fəsadlar yarada bilər. Mövzu ilə bağlı rəsmi qurumların açıqlamasını gözləyirik.
Çimnaz Telmanqızı
13:31 / 06 İyul 2026
1
13:30 / 06 İyul 2026
4
13:23 / 06 İyul 2026
20
13:22 / 06 İyul 2026
23
13:15 / 06 İyul 2026
34
13:07 / 06 İyul 2026
41
13:03 / 06 İyul 2026
93
13:01 / 06 İyul 2026
48
12:28 / 06 İyul 2026
65
12:17 / 06 İyul 2026
60
12:10 / 06 İyul 2026
71
11:38 / 06 İyul 2026
182
11:38 / 06 İyul 2026
73
11:38 / 06 İyul 2026
76
11:32 / 06 İyul 2026
81
11:22 / 06 İyul 2026
285
11:18 / 06 İyul 2026
76
10:54 / 06 İyul 2026
1022
10:46 / 06 İyul 2026
91
10:45 / 06 İyul 2026
101
10:34 / 06 İyul 2026
85
10:33 / 06 İyul 2026
76
10:22 / 06 İyul 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.