Münasibətdə ən sadiq iki bürc
30 Sentyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
551
18.04.2026, 17:47
Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində aprelin 18-də "Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması" adlı panel iclas təşkil olunub.
Oxu24.com xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Əvvəlcə qonaqlar Afrika Mədəniyyət Evinin stendi ilə tanış olublar.
Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.
Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçirilən tədbir Fələstinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdə çıxış edənlər müharibənin təsirlərinə məruz qalan uşaqlar üçün təhlükəsiz təhsil mühitinin bərpası, dəstək mexanizmlərinin gücləndirilməsi və təhsildə davamlılığın təmin edilməsinin regionun gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək, tədbirdə veriləcək mesajların dünyanın müxtəlif bölgələrində baş verən müharibələrin qurbanı olan uşaqlar üçün yeni bir həyatın ümid işığı olacağına əminliyini vurğulayıb.
O, uşaqların və gənclərin bir millətin ümidi və sabahı olduğunu deyərək, zorakılığı təşviq edən ən xırda amillə belə qətiyyətlə mübarizə aparmağın mühüm roluna toxunub.
Sonra xatirə şəkili çəkdirilib.
Daha sonra tədbir iştirakçıları Fələstində münaqişə nəticəsində təhsil sisteminin məhv edilməsinə həsr olunan sərgiyə baxıblar.
00:16 / 30 Sentyabr 2026
74
00:02 / 30 Sentyabr 2026
71
23:55 / 29 Sentyabr 2026
1408
23:47 / 29 Sentyabr 2026
60
23:43 / 29 Sentyabr 2026
65
23:34 / 29 Sentyabr 2026
60
23:23 / 29 Sentyabr 2026
146
23:12 / 29 Sentyabr 2026
86
23:08 / 29 Sentyabr 2026
71
23:07 / 29 Sentyabr 2026
54
22:50 / 29 Sentyabr 2026
67
22:39 / 29 Sentyabr 2026
79
22:28 / 29 Sentyabr 2026
109
22:28 / 29 Sentyabr 2026
941
22:24 / 29 Sentyabr 2026
183
22:09 / 29 Sentyabr 2026
64
22:09 / 29 Sentyabr 2026
211
21:58 / 29 Sentyabr 2026
362
21:45 / 29 Sentyabr 2026
70
21:36 / 29 Sentyabr 2026
99
21:26 / 29 Sentyabr 2026
73
20:56 / 29 Sentyabr 2026
510
20:53 / 29 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.