Qaynar xətt:

(+99450) 247 90 86

“WhatsApp"da yenilik - BUNDAN SONRA... 

“WhatsApp\"da yenilik - BUNDAN SONRA... 

CƏMİYYƏT

133

16.04.2026, 18:48

Dünyanın ən populyar ani mesajlaşma platformalarından biri olan “WhatsApp”, süni intellekt əsaslı “Meta AI” inteqrasiyası ilə yeni mərhələyə keçib. Lakin bu yenilik istifadəçilər arasında məxfiliklə bağlı ciddi müzakirələrə səbəb olub.

 

Oxu24.com türk mediasına istinadən xəbər verir ki, “Meta” tərəfindən tətbiqə əlavə edilən “Meta AI” funksiyası yalnız istifadəçilər “@Meta AI” etiketi ilə onu çağırdıqda aktivləşsə də, xüsusilə qrup söhbətlərində süni intellektin mövcudluğu bir çox istifadəçini narahat edir.

 

Bu narahatlıqları aradan qaldırmaq üçün Meta “Təkmilləşdirilmiş Söhbət Məxfiliyi” adlı yeni funksiyanı təqdim edib. Yenilik sayəsində istifadəçilər həm fərdi, həm də qrup çatlarında süni intellektlə qarşılıqlı əlaqəni özləri tənzimləyə biləcəklər. Funksiya aktiv edildikdə “Meta AI”nin “@” etiketi ilə çağırılması bloklanır, beləliklə “AI”nin söhbətlərə qoşulmasının və mesaj məzmununa daxil olmasının qarşısı alınır. Bundan əlavə, yeni məxfilik ayarları çərçivəsində foto və videoların avtomatik olaraq qalereyaya yüklənməsi deaktiv edilir, eyni zamanda söhbət tarixçəsinin ixracı da məhdudlaşdırılır.

 

Qeyd edək ki, bu xüsusiyyət yalnız qrup administratorları üçün deyil, bütün istifadəçilər üçün əlçatandır.