Rusiyanın Azərbaycanla bağlı fikri nədir? — POLİTOLOQLAR GİZLİNLƏRİ AÇDI
27 May 2026, 20:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
10585
15.04.2026, 13:44
Prezidentin rəqəmsal çağırışı: Ali məktəblər bu dəyişikliyə nə dərəcədə hazırdır?
Azərbaycanda rəqəmsal transformasiya prosesi yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev ölkədə rəqəmsal inkişafın sürətləndirilməsi üçün kadr hazırlığının prioritet olduğunu və bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün təhsil sistemində ciddi addımların atılmasının vacibliyini vurğulayıb. Dövlət başçısı "Azərbaycanın yeni rəqəmsal arxitekturası" çərçivəsində ali məktəblərdə ixtisaslaşmanın gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi ilə bağlı konkret tapşırıqlar verib.
Bəs hazırda ali təhsil müəssisələrimiz bu çağırışlara nə dərəcədə hazırdır?
Mövzu ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Elmin Nuri maraqlı məqamlara toxunub.
Ekspert bildirir ki, hazırda ölkənin 10-dan çox ali təhsil müəssisəsində rəqəmsal bacarıqlar tədris olunur. Bura kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması və hətta nanotexnologiya kimi sahələr daxildir. Lakin Elmin Nurinin fikrincə, rəqəmsal bacarıqlar artıq yalnız texniki sahələrin inhisarında deyil:
"Rəqəmsal bacarıqlar elə bir subyektdir ki, hazırda hətta humanitar istiqamətlərdə də tətbiq olunmalıdır. Filologiya, tarix, jurnalistika, hətta hüquqşünaslıq ixtisaslarında belə rəqəmsal bacarıqlar fərdi proqram şəklində tədris edilməlidir”.
Ekspert rəqəmsal bacarıqların tədrisini tibbi diaqnozla müqayisə edərək, standart yanaşmanın effektiv olmadığını vurğulayıb:
"Həkim hər xəstəyə onun analiz nəticələrinə uyğun resept yazır. Bu gün rəqəmsal bacarıqlar amili də hər ixtisasın özünə görə “reseptləşməlidir”.
Süni intellekt hər gün yenilənir və dünyanın əsas rəqabət meyarına çevrilib. Nəinki hər ixtisasın, hər bir predmetin belə süni intellektlə özünəməxsus iş prinsipi olmalıdır”.
Ekspert əlavə edib ki, bu sahədə ümumi yanaşma ilə uğur qazanmaq mümkün deyil. Onun sözlərinə görə, konkret nəticə əldə etmək üçün fərqli sahələrin mütəxəssisləri bir araya gəlməlidir:
"Hər ixtisas üzrə mütəxəssislər IT texnologiyaları üzrə ekspertlərlə əl-ələ verərək rəqəmsallaşmanın zəruri düsturunu yaratmalıdırlar. Elə olmadığı təqdirdə biz hansısa real faydanı görə bilmərik. Beynəlxalq təcrübədən yararlanmaq və işlərin miqyasını genişləndirmək bu günün əsas tələbidir”.
Çimnaz Telmanqızı
20:41 / 27 May 2026
11
20:33 / 27 May 2026
14
20:29 / 27 May 2026
22
20:25 / 27 May 2026
38
20:12 / 27 May 2026
45
19:55 / 27 May 2026
57
19:45 / 27 May 2026
56
19:34 / 27 May 2026
64
19:32 / 27 May 2026
56
19:27 / 27 May 2026
91
19:27 / 27 May 2026
66
19:20 / 27 May 2026
626
19:05 / 27 May 2026
101
18:57 / 27 May 2026
80
18:55 / 27 May 2026
82
18:47 / 27 May 2026
98
18:45 / 27 May 2026
91
18:40 / 27 May 2026
78
18:34 / 27 May 2026
76
18:26 / 27 May 2026
101
18:07 / 27 May 2026
77
17:59 / 27 May 2026
995
17:51 / 27 May 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.