Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
12 Noyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1209
15.04.2026, 09:03
Son illərdə süni intellektin sürətli inkişafı ilə əlaqədar əmək bazarında köklü dəyişikliklər olacağı barədə səslənən fikirlər narahatlıq doğurur. Hansı peşə sahibləri bu inkişafdan daha çox təsirlənəcək? Və hansı peşələr tamamilə suni intellektlə əvəzlənə bilər?Gəlin bu mövzuya birlikdə nəzər salaq.
Süni intellektin sürətli inkişafı əmək bazarında müəyyən dəyişikliklər yaradıb. Bu mövzu bir çox insanların beynində sual doğurur.Ancaq məsələyə daha sakit və real yanaşmaq vacibdir. Çünki tarix göstərir ki, hər texnoloji yenilik köhnə sahələri dəyişdiyi kimi, yeni imkanlar da yaradır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan AİKTSA sədri Elvin Abbasov bildirir ki,süni intellektin əmək bazarındakı təsiri birmənalı olaraq işin itirilməsi deyil, daha çox işin mahiyyətinin dəyişməsi kimi qiymətləndirilməlidir.
Bu inkişafdan ən çox rutin, təkrar olunan və məlumatların emalına əsaslanan peşə sahibləri təsirlənəcək. Məsələn, mühasib köməkçiləri, məlumat daxil edənlər, sadə hüquqi sənədlərin hazırlanması ilə məşğul olanlar və müştəri xidmətləri təmsilçiləri süni intellektin sürətli və xətasız işləmək qabiliyyəti qarşısında ciddi rəqabətlə üz-üzədirlər. Bu sahələrdə çalışanlar öz fəaliyyətlərini texnologiyanın nəticələrini idarə etmək və tənqidi təhlil etmək istiqamətinə yönəltməli olacaqlar.
Ekspertin fikricə tamamilə əvəzlənə biləcək peşələrə isə "texniki icraçı" xarakterli sahələr daxildir. Telefon operatorları, tərcüməçilər (xüsusilə texniki mətnlər üzrə), anbar uçotunu aparanlar və bəzi növ sənəd dövriyyəsi mütəxəssisləri yaxın gələcəkdə süni intellekt sistemləri tərəfindən tam sıxışdırıla bilər.
"Lakin yaradıcılıq, emosional zəka, strateji qərarvermə və fiziki çeviklik tələb edən peşələr (məsələn, cərrahlar, psixoloqlar, mühəndis-tədqiqatçılar və incəsənət xadimləri) öz əhəmiyyətini qoruyacaq.Əsas hədəf texnologiya ilə rəqabət aparmaq deyil, onunla "birgə yaratmaq" bacarığını mənimsəməkdir"-deyərək ekspert bildirib.
Nəticə olaraq demək mümkündür ki, süni intellekt əmək bazarında kəskin təhlükə deyil, daha çox dəyişiklik yaradan bir alətdir. Bəzi işlər sadələşir, bəziləri isə yeni formada davam edir.
Ən vacib olan isə dəyişikliklərə açıq olmaq, yeni bacarıqlar öyrənməkdir.
Belə yanaşdıqda süni intellekt qorxulu bir faktor yox, əksinə, yeni imkanlar yaradan bir vasitəyə çevrilə bilər.
Hazırladı: Aysel
12:25 / 12 Noyabr 2026
6
12:05 / 12 Noyabr 2026
56
11:55 / 12 Noyabr 2026
76
11:50 / 12 Noyabr 2026
77
11:36 / 12 Noyabr 2026
73
11:35 / 12 Noyabr 2026
84
11:34 / 12 Noyabr 2026
113
11:31 / 12 Noyabr 2026
83
11:24 / 12 Noyabr 2026
304
11:21 / 12 Noyabr 2026
81
11:19 / 12 Noyabr 2026
149
11:05 / 12 Noyabr 2026
85
11:00 / 12 Noyabr 2026
92
10:45 / 12 Noyabr 2026
108
10:39 / 12 Noyabr 2026
114
10:36 / 12 Noyabr 2026
98
10:27 / 12 Noyabr 2026
280
10:20 / 12 Noyabr 2026
103
10:18 / 12 Noyabr 2026
92
10:05 / 12 Noyabr 2026
243
09:51 / 12 Noyabr 2026
104
09:48 / 12 Noyabr 2026
103
09:42 / 12 Noyabr 2026
302
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.