28 mayda əfv sərəncamı imzalana bilər?
15 Aprel 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
59
14.04.2026, 23:26
Çobanyastığı çayı təbii dadından əlavə orqanizmə müxtəlif faydalar verən məşhur içkidir. Çobanyastığı çiçəklərinin yığılıb qurudulması ilə əldə edilən bu çay, tərkibində kofein olmadığı üçün yaşıl və ya qara çaya alternativ olaraq istehlak edilir. Çobanyastığı çayının faydaları onun tərkibində müxtəlif növ antioksidantların olmasından irəli gəlir. Bu antioksidanların bəziləri ürək xəstəlikləri və xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərin riskini azaltmaqda rol oynaya bilər. Çobanyastığı çayı həmçinin mədə-bağırsaq traktına və yuxuya kömək edə biləcək xüsusiyyətlərə malikdir. Bu yazıda çobanyastığı çayının 5 potensial sağlamlıq faydası elmi məlumatlar işığında sizin üçün tərtib edilmişdir.
1. Çobanyastığı çayının yuxu keyfiyyətinə təsiri
Çobanyastığı çayı yuxu keyfiyyətini yaxşılaşdıran unikal içkidir. Çobanyastığı çayının bu xüsusiyyəti qədim tibbi təcrübələrdən bəri məlumdur. Çobanyastığı beyində yuxusuzluğu azaldan və yuxuya kömək edən müəyyən reseptorları birləşdirən apigenin adlı antioksidant ehtiva edir. Apigenin xroniki yuxusuzluğa da müsbət təsir edir.
Yeni ana olmuş 80 qadın üzərində aparılan araşdırmada qadınlar iki qrupa bölünüb və bir qrup iki həftə müntəzəm olaraq çobanyastığı çayı içib, digər qrup isə heç çay içməyib. İki həftə sonra edilən ölçmələrdə, çobanyastığı çayı içən qrupdakı qadınlar, bu çaydan istifadə etməyən qrupla müqayisədə daha yaxşı yuxu keyfiyyəti olduğunu bildiriblər. Onlar həmçinin yuxu problemləri ilə əlaqəli daha az depressiya və fiziki simptomlar göstəriblər. Çobanyastığı çayı istehlakı dayandırıldıqdan iki həftə sonra edilən ölçmələrdə iki qrup arasında heç bir fərq müşahidə edilməmişdir. Bu, çobanyastığı çayının bütün istifadə müddətində təsir göstərdiyini və uzun müddət təsir göstərmədiyini sübut edir.
Başqa bir araşdırma, 28 gün ərzində gündə iki dəfə 270 mq çobanyastığı ekstraktı qəbul edən insanların gecə saatlarında 1/3 nisbətində daha az ayıq olduqlarını və ekstraktı istehlak etməyənlərə nisbətən orta hesabla 15 dəqiqə daha tez yuxuya getdiklərini göstərdi.
Bu tapıntılar ümidverici olsa da, çobanyastığı çayının yuxuya təsirinin dərəcəsini müəyyən etmək üçün daha çox klinik tədqiqatlara ehtiyac var. Ancaq yatmazdan əvvəl çobanyastığı çayı içmək yuxuya getmə və asanlıqla oyanma problemi yaşayan insanların sınamalı olduğu üsuldur.
2. Çobanyastığı çayının həzm sisteminə təsiri
Bağırsaqlar bədənin ikinci beyni kimidir və buna görə də nizamlı həzm sistemi ümumi sağlamlıq üçün son dərəcə vacibdir. Çobanyastığı çayı ənənəvi olaraq müxtəlif həzm xəstəliklərinin, o cümlədən ürəkbulanma və qazın müalicəsində istifadə edilmişdir.
Yalnız klinik şəraitdə təkrarlanmayan heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, çobanyastığı daha sağlam həzm etməyə kömək edir, müəyyən mədə-bağırsaq xəstəliklərinin riskini azaldır. Məsələn; Siçanlar üzərində aparılan bir neçə araşdırma çobanyastığı ekstraktının ishaldan qoruma potensialına malik olduğunu müəyyən edib. Bu faydanın çobanyastığın antiinflamatuar xüsusiyyətlərinə görə olduğu düşünülür. Siçovullarda aparılan başqa bir araşdırmada çobanyastığının mədə xoralarının qarşısını almaqda təsirli olduğunu tapıldı. Mədə turşuluğunu azaltmaqla çobanyastığı xoraların inkişafına kömək edən bakteriyaların böyüməsini maneə törədə bilər. Bu tapıntılara baxmayaraq, çobanyastığın həzm sistemindəki rolunu təsdiqləmək üçün daha çox klinik araşdırmaya ehtiyac var.
Həmçinin oxuyun
3. Çobanyastığı çayının müəyyən xərçəng növlərinə qarşı potensial müdafiəsi
Çobanyastığın tərkibində apigenin var ki, bu da əvvəllər qeyd edildiyi kimi antioksidantdır. Hüceyrə üzərində aparılan laboratoriya təcrübələrində apigeninin həzm sistemi, döş, dəri, prostat və uşaqlıq xərçəngi hüceyrələri ilə xüsusi mübarizə apardığı göstərilmişdir. Bundan əlavə, 537 nəfərin iştirak etdiyi bir araşdırma, həftədə 2-6 dəfə çobanyastığı çayı içənlərin çobanyastığı çayı içməyənlərə nisbətən tiroid xərçənginə tutulma ehtimalının əhəmiyyətli dərəcədə az olduğu müşahidə edildi.
Bu tapıntılar ümidverici olsa da, çobanyastığı çayının xərçəngin qarşısının alınmasında rolu haqqında nəticə çıxarmaq üçün daha çox insanla klinik tədqiqatlar aparılmalıdır.
4. Çobanyastığı çayının qan şəkəri nəzarətinə faydaları
Çobanyastığı çayı içmək qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edə bilər. Bundan əlavə, çobanyastığı çayında olan antiinflamatuar xüsusiyyətlər qan şəkəri səviyyəsinin xroniki olaraq yüksəldiyi zaman meydana gələn mədəaltı vəzi hüceyrələrinin zədələnməsi ilə mübarizə apara bilər. Mədəaltı vəzi diabetdə sağlamlığı qorumaq üçün son dərəcə vacib olan bir orqandır, çünki qan şəkərini azaltmaq vəzifəsi dəşıyan hormon olan insulini istehsal edir.
64 diabetli insan üzərində aparılan araşdırmada iştirakçılar səkkiz həftə ərzində hər gün ya su, ya da çobanyastığı çayı qəbul ediblər. Araşdırma nəticəsində çobanyastığı çayı qəbul edənlərin qan şəkərinin orta səviyyəsinin su içənlərdən daha aşağı olduğu müəyyən edilib. İnsan araşdırmalarından başqa, heyvanlar üzərindəki təcrübələr də göstərir ki, çobanyastığı çayı aclıq zamanı qan şəkərinin səviyyəsini əhəmiyyətli dərəcədə azaldır və yeməkdən sonra qan şəkərinin artmasının qarşısını alır. Çobanyastığı çayının qan şəkərinə nəzarətdə rolu ilə bağlı sübutların əksəriyyəti heyvanlar üzərindəki tədqiqatların nəticələrinə əsaslansa da, tədqiqatların nəticələri ümidvericidir.
5. Çobanyastığı çayının ürək sağlamlığına təsiri
Qan təzyiqi və xolesterin ürək xəstəliklərinin vacib göstəriciləridir. Çobanyastığı çayında bol olan və yaxşı antioksidant olan flavonun bu markerlərə necə təsir etdiyi araşdırılıb.
64 diabet xəstəsinin iştirak etdiyi araşdırmada; Məlum olub ki, yeməklə birlikdə çobanyastığı çayı içənlərin ümumi xolesterin, trigliserid və pis xolesterin olaraq bilinən LDL xolesterin səviyyələrində su içənlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yaxşılaşma müşahidə olunub. Çobanyastığı çayının ürək sağlamlığının yaxşılaşdırılmasında rolunu təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olsa da, bu təsirlər sübut olunana qədər onu gündəlik qida rasionuna əlavə etmək faydalıdır.
00:30 / 15 Aprel 2026
32
00:25 / 15 Aprel 2026
116
00:04 / 15 Aprel 2026
141
00:00 / 15 Aprel 2026
42
23:48 / 14 Aprel 2026
131
23:41 / 14 Aprel 2026
55
23:39 / 14 Aprel 2026
219
23:33 / 14 Aprel 2026
97
23:29 / 14 Aprel 2026
126
23:28 / 14 Aprel 2026
42
23:18 / 14 Aprel 2026
54
23:10 / 14 Aprel 2026
43
23:06 / 14 Aprel 2026
228
22:53 / 14 Aprel 2026
48
22:52 / 14 Aprel 2026
55
22:52 / 14 Aprel 2026
45
22:46 / 14 Aprel 2026
153
22:33 / 14 Aprel 2026
234
22:31 / 14 Aprel 2026
152
22:28 / 14 Aprel 2026
56
22:10 / 14 Aprel 2026
54
21:56 / 14 Aprel 2026
75
21:49 / 14 Aprel 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.