Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb
12 Noyabr 2026, 12:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
558
14.04.2026, 15:40
Bakcell şirkətinin baş icraçı direktoru Klaus Müller 14 aprel 2026-cı il tarixində tutduğu vəzifədən ayrılıb.
Bu barədə Oxu24.com-a şirkətdən bildirilib.
Belə ki, telekommunikasiya sahəsində 30 ildən çox beynəlxalq təcrübəyə malik Klaus Müller təqaüdə çıxmaq qərarını elan edib.
Klaus Müllerin rəhbərliyi dövründə Bakcell strateji inkişaf mərhələsinə daxil olub, süni intellekt əsaslı həllərin tətbiqi genişlənib, innovativ məhsul və xidmətlər təqdim edilib, şirkətin rebrendinqi həyata keçirilib, xidmət portfeli genişləndirilib və abunəçi təcrübəsinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
“Üç ildən artıq müddət ərzində komanda ilə birlikdə xüsusilə süni intellekt əsaslı xidmətlərin inkişafı istiqamətində önəmli nəticələr əldə etdik. Yerli və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə abunəçilərimizə yeni məhsul və imkanlar təqdim etdik. Bakcell komandasının hər biz üzvünə göstərdikləri peşəkarlıq və əməkdaşlığa görə təşəkkür edirəm. Əminəm ki, Bakcell Azerconnect Group-un innovasiya ekosisteminin bir hissəsi kimi gələcəkdə də öz uğurlu inkişafını davam etdirəcək”, - deyə Klaus Müller qeyd edib.
Bakcell Klaus Müllerə şirkətin strateji inkişafına və əldə etdiyi nailiyyətlərə verdiyi töhfəyə görə təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzulayır.
12:40 / 12 Noyabr 2026
8
12:25 / 12 Noyabr 2026
57
12:05 / 12 Noyabr 2026
76
11:55 / 12 Noyabr 2026
81
11:50 / 12 Noyabr 2026
86
11:36 / 12 Noyabr 2026
78
11:35 / 12 Noyabr 2026
89
11:34 / 12 Noyabr 2026
122
11:31 / 12 Noyabr 2026
87
11:24 / 12 Noyabr 2026
344
11:21 / 12 Noyabr 2026
84
11:19 / 12 Noyabr 2026
168
11:05 / 12 Noyabr 2026
90
11:00 / 12 Noyabr 2026
95
10:45 / 12 Noyabr 2026
110
10:39 / 12 Noyabr 2026
117
10:36 / 12 Noyabr 2026
101
10:27 / 12 Noyabr 2026
291
10:20 / 12 Noyabr 2026
106
10:18 / 12 Noyabr 2026
96
10:05 / 12 Noyabr 2026
253
09:51 / 12 Noyabr 2026
114
09:48 / 12 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.