Salyana dolu yağdı - Video
14 Aprel 2026, 18:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
253
14.04.2026, 11:03
Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində artan izdihamın qarşısını almaq üçün yeni qaydalar tətbiq edib. Qərara əsasən, Məkkə şəhərinə giriş artıq xüsusi icazə ilə mümkün olacaq.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.
Bildirilib ki, 14 aprel tarixindən etibarən Məkkəyə daxil olmaq istəyən şəxslər müvafiq qurumlardan rəsmi icazə almalıdır . İcazəsi olmayan şəxslərin şəhərə girişi qadağan ediləcək.
Məkkədə yaşayış icazəsi olanlar, Həcc vizası sahibləri və müqəddəs ərazilərdə işləyən şəxslər bu qaydadan istisna olunur.
Qərara əsasən, Ümrə vizası ilə ölkədə olan xarici ziyarətçilər 18 aprel 2026-cı ilədək ölkəni tərk etməlidirlər. Bu tarixdən sonra ölkədə qalan şəxslərin sanksiyalarla üzləşə biləcəyi bildirilib.
Həmçinin oxuyun
Həmçinin “Nusuk” platforması vasitəsilə Ümrə icazələrinin verilməsi 18 aprel – 31 may tarixləri arasında müvəqqəti olaraq dayandırılacaq. Bu addım Həcc öncəsi sıxlığın idarə olunmasına yönəlib.
Rəsmilər icazəsiz Həcc ziyarətinə cəhd edən şəxslərə qarşı ciddi tədbirlərin görüləcəyini vurğulayıblar. Qaydanı pozanları ölkəyə giriş qadağası və 20 min riyala qədər cərimə gözləyir.
Rəsmi məlumatlara görə, ötən il Həcc ziyarətində 1,6 milyondan çox insan iştirak edib. Yeni qaydaların əsas məqsədinin izdihamı nəzarətdə saxlamaq, təhlükəsizliyi artırmaq və ibadətin daha nizamlı təşkilini təmin etmək olduğu bildirilib.
18:07 / 14 Aprel 2026
62
18:05 / 14 Aprel 2026
12
18:02 / 14 Aprel 2026
22
17:58 / 14 Aprel 2026
18
17:54 / 14 Aprel 2026
26
17:45 / 14 Aprel 2026
34
17:39 / 14 Aprel 2026
45
17:31 / 14 Aprel 2026
32
17:18 / 14 Aprel 2026
538
16:55 / 14 Aprel 2026
199
16:52 / 14 Aprel 2026
68
16:37 / 14 Aprel 2026
52
16:30 / 14 Aprel 2026
484
16:28 / 14 Aprel 2026
72
16:15 / 14 Aprel 2026
1082
16:02 / 14 Aprel 2026
385
15:53 / 14 Aprel 2026
69
15:42 / 14 Aprel 2026
202
15:40 / 14 Aprel 2026
61
15:35 / 14 Aprel 2026
88
15:30 / 14 Aprel 2026
57
15:05 / 14 Aprel 2026
83
14:50 / 14 Aprel 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.