6 milyon manatdan çox güzəştli kredit ayırılıb
12 Noyabr 2026, 13:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
537
14.04.2026, 09:54
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildiirlib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır; elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib; obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və daxili yanğın kranları nasazdır; obyektin mətbəxində tavan hissələri yanar material olan lambirlə üzlənilib; yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb, obyektin qazanxana və nasosxana otaqlarına yanar materiallar yığılıb; taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb; yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib olunmayıb; obyektin tüstü bacası təmizlənməyib; obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
13:07 / 12 Noyabr 2026
1
13:04 / 12 Noyabr 2026
20
13:00 / 12 Noyabr 2026
35
12:40 / 12 Noyabr 2026
49
12:25 / 12 Noyabr 2026
85
12:05 / 12 Noyabr 2026
89
11:55 / 12 Noyabr 2026
91
11:50 / 12 Noyabr 2026
109
11:36 / 12 Noyabr 2026
88
11:35 / 12 Noyabr 2026
95
11:34 / 12 Noyabr 2026
144
11:31 / 12 Noyabr 2026
93
11:24 / 12 Noyabr 2026
408
11:21 / 12 Noyabr 2026
91
11:19 / 12 Noyabr 2026
198
11:05 / 12 Noyabr 2026
95
11:00 / 12 Noyabr 2026
100
10:45 / 12 Noyabr 2026
115
10:39 / 12 Noyabr 2026
122
10:36 / 12 Noyabr 2026
110
10:27 / 12 Noyabr 2026
305
10:20 / 12 Noyabr 2026
109
10:18 / 12 Noyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.