Bakı-Qazax yolunda qəzaya düşdülər — ADLAR
30 Sentyabr 2026, 09:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
921
14.04.2026, 09:38
Türkiyənin xarici işlər naziri Hakan Fidanın "Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün ciddi səylərlə çalışır" bəyanatı regionun gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxu24.com xəbər verir ki, politoloq Həşim Səhrablı Türkiyənin sülh prosesindəki rolunu və sülhün gətirəcəyi perspektivləri hərtərəfli təhlil edib.
"Türkiyə sadəcə vasitəçi deyil, tərəfdir".
Həşim Səhrablı bildirib ki, biz Türkiyəni vasitəçidən çox tərəf kimi qiymətləndirməliyik. Bunun səbəbi Ermənistanın illərdir apardığı anti-Türkiyə siyasəti, Ağrı dağına olan iddiaları və Türkiyənin şimal-qərb bölgələrinə olan xülyalarıdır. Politoloqun sözlərinə görə, ermənilərin "tarixi Ermənistan" dövlətini dirçəltmək istəkləri və Osmanlıya qarşı edilən böyük xəyanət Anadolu türkləri ilə münasibətlərin kifayət qədər pis olması ilə nəticələnib.
Ermənilərin həm Anadolu, həm də Azərbaycan türklərinə qarşı fürsət düşən kimi həyata keçirdikləri soyqırımlar və qırğınlar münasibətlərin tamamilə qırılmasına və tərəflərin düşmən mövqelərə gəlməsinə səbəb olub.
"Bir millət, iki dövlət" və ortaq tale
Bunun qarşılığında Azərbaycan-Türkiyə münasibətlərinin həmişə qardaşlıq və müttəfiqlikdən də üstün bir ortaxlığa dayandığını deyən ekspert vurğulayıb:
"Biz də, Anadolu türkləri də aşağı-yuxarı eyni taleləri yaşamışıq. Eyni vaxtlarda bizə qarşı birləşilib, qırğınlar törədilib, ərazilərimiz işğal olunmağa və dövlətçiliyimiz əlimizdən alınmağa çalışılıb. Biz eyni soydan, eyni kökdən gələn bir millətin fərqli övladlarıyıq. Heydər Əliyevin dediyi kimi, biz “bir millət, iki dövlət”ik”.
Onun sözlərinə görə, geosiyasi maraqlar, ortaq siyasi gələcək və milli kimlik faktorları bu münasibətləri ən üst səviyyəyə qaldırıb. Bu gün Türkiyə Cənubi Qafqazda Azərbaycanın haqlı səsini dünyaya tanıtmaqda və onun haqlı davasında həmişə ön plandadır.
Bəs Türkiyənin vasitəçiliyi niyə əhəmiyyətlidir?
Politoloq qeyd edib ki, Türkiyənin tərəf olması onun vasitəçi olmasına kölgə salmır. Çünki Türkiyə tərəfi həmişə beynəlxalq hüquqdan yana dayanır. Rəsmi Ankara bildirir ki, Cənubi Qafqazda kommunikasiyalar açılmalı, düşmənçiliyə son qoyulmalı və xüsusən ermənilərin həm Türkiyəyə, həm Azərbaycana qarşı boş iddiaları (irqçi təfəkkür) sona çatmalıdır. Regional siyasi əlaqələrin bərpası həm də iqtisadiyyata yansımalıdır ki, region ölkələri bir-birinə yadlaşmasın. Türkiyənin bu səyləri Azərbaycanın maraqlarını müdafiə etsə də, əslində bu, Ermənistan dövlətinin gələcəyinin daha yaxşı qurulmasına xidmət edən, ermənilərə də sərf edən bir addımdır.
Azərbaycan-Ermənistan sülhünün bağlanması regionda müharibə ehtimallarının tamamilə sona çatması deməkdir. Bu, həmçinin aşağıdakı iqtisadi üstünlükləri vəd edir:
* Nəqliyyat qovşaqlarının açılması: Şərqdən qərbə, şimaldan cənuba gedən bütün tranzit xətlər aktivləşəcək.
* Orta Dəhlizin canlanması: Türkiyə bu dəhliz üzərində yerləşən ölkə kimi öz iqtisadiyyatına yeni canlanma gətirəcək. Tranzitdən büdcəyə əlavə vergi gəlirləri daxil olacaq.
* Daxili bazarın aktivləşməsi: Bazarda əskik olan mallar daha rahat təmin ediləcək, Türkiyənin öz məhsulları isə dünya bazarlarına daha az xərclə və sərfəli qiymətlərlə çıxarılacaq.
* Asılılıqdan qurtulmaq: Türkiyə, Azərbaycan və Ermənistan kimi, alternativ yeni iqtisadi qovşaq formalaşdırmaqla əvvəlki asılılıqlarını azaldacaq. Alternativlərin çox olması iqtisadi maraqların daha yaxşı müdafiə olunması və Türkiyənin bu prosesdən karlı çıxması deməkdir.
Çimnaz Telmanqızı
09:55 / 30 Sentyabr 2026
6
09:55 / 30 Sentyabr 2026
8
09:50 / 30 Sentyabr 2026
23
09:28 / 30 Sentyabr 2026
39
09:25 / 30 Sentyabr 2026
40
09:20 / 30 Sentyabr 2026
45
09:15 / 30 Sentyabr 2026
52
09:15 / 30 Sentyabr 2026
45
09:10 / 30 Sentyabr 2026
47
08:51 / 30 Sentyabr 2026
51
08:48 / 30 Sentyabr 2026
2258
08:39 / 30 Sentyabr 2026
65
08:36 / 30 Sentyabr 2026
54
07:42 / 30 Sentyabr 2026
68
07:36 / 30 Sentyabr 2026
394
00:16 / 30 Sentyabr 2026
122
00:02 / 30 Sentyabr 2026
123
23:55 / 29 Sentyabr 2026
2626
23:47 / 29 Sentyabr 2026
89
23:43 / 29 Sentyabr 2026
97
23:34 / 29 Sentyabr 2026
78
23:23 / 29 Sentyabr 2026
182
23:12 / 29 Sentyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.