Ucarda 7 gün əvvəl yol qəzasında yaralanan qadın öldü
06 Aprel 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
180
06.04.2026, 19:03
“Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyyə edildi. Yeni dəyişikliklərə əsasən, işəgötürənin vəzifələrini nəzərdətutan maddə təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir”.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, eyni zamanda Məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur:
“Yeni dəyişiklik qadınlar ilə kişilərin maaş fərqlərinin daha da minimumlaşdırılması məqsədi daşıyır. Hazırda ölkə üzrə qadınların orta maaşı kişilərin əmək haqqlarının təxminən 70 faizinə bərabərdir. Beynəlxalq praktikada 80 və daha yüksək faiz daha məqbul hesab olunur. Doğrudur, Azərbaycanda gender maaş fərqinə bir sıra sektorlarda, xüsusən mədənçıxarma sənayesində daha çox kişilərin işə cəlb edilməsi təsir göstərir.
Həmçinin oxuyun
Bununla belə, qanunvericiliyə təklif edilən yeni dəyişikliklərdən sonra bir sıra sektorlarda qadınların maaşlarında artımlar müşahidə oluna bilər. Belə ki, bu sahədə tələblər və işəgötürənlər üçün vəziflələri daha da dəqiqləşir. Bu isə qadınlar ilə kişilərin orta əmək haqqları arasındakı fərqin daha da azalmasına gətirib çıxaracaq”./yenisabah
22:07 / 06 Aprel 2026
8
21:52 / 06 Aprel 2026
19
21:33 / 06 Aprel 2026
46
21:26 / 06 Aprel 2026
50
21:08 / 06 Aprel 2026
57
20:56 / 06 Aprel 2026
67
20:50 / 06 Aprel 2026
162
20:38 / 06 Aprel 2026
158
20:30 / 06 Aprel 2026
60
20:10 / 06 Aprel 2026
189
20:06 / 06 Aprel 2026
87
20:02 / 06 Aprel 2026
144
20:00 / 06 Aprel 2026
154
19:55 / 06 Aprel 2026
55
19:50 / 06 Aprel 2026
69
19:49 / 06 Aprel 2026
170
19:43 / 06 Aprel 2026
1134
19:38 / 06 Aprel 2026
156
19:22 / 06 Aprel 2026
69
19:15 / 06 Aprel 2026
183
18:52 / 06 Aprel 2026
161
18:41 / 06 Aprel 2026
87
18:39 / 06 Aprel 2026
244
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.