Qaynar xətt:

(+99450) 247 90 86

Bakı metrosuna yeni qatarlar alınacaq 

Bakı metrosuna yeni qatarlar alınacaq 

CƏMİYYƏT

168

02.04.2026, 19:35

Hazırda Bakı metropolitenində 3-cü nəslə aid 36, eləcə də yeni - 4-cü nəslə məxsus daha 36 qatar tərkibi istismar olunur.

 Oxu24.com  xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Qeyd olunub ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə əlaqədar hazırda yeni qatarların alınması istiqamətində tədbirlər görülür:

"Dövlət Proqramına uyğun olaraq, yeni vaqonların alınması ilə bağlı tender elan olunduqdan sonra qalib tərəflə müqavilə imzalanaraq istehsal prosesinə başlanılacaq. Bununla əlaqədar yeniliklər olduğu təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək"