Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
836
02.04.2026, 19:09
2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlarımız - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkr İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.
Oxu24.com xəbər verir ki, Hərbi Memorial Məzarlıqda keçirilən tədbirdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə, Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin məzarları ziyarət edilərək önünə əklil və gül dəstələri düzülüb, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli xidmət yolundan, vətənpərvərliyindən və peşəkarlığından danışıb, onların gənc pilotlara örnək olduğunu qeyd ediblər.
Bildirilib ki, hərbi qulluqçularımızın əməliyyatlar zamanı döyüş meydanında nümayiş etdirdikləri şücaət və qəhrəmanlıq sayəsində torpaqlarımız işğaldan azad edildi və bu gün həmin ərazilərdə şanlı üçrəngli Azərbaycan bayrağı fəxarətlə dalğalanır. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi xalqımızın qəlbində daima yaşayacaqdır.
Tədbir çərçivəsində general-leytenant Namiq İslamzadə şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.
Görüş zamanı şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.

18:58 / 12 Noyabr 2026
1
18:50 / 12 Noyabr 2026
37
18:42 / 12 Noyabr 2026
286
18:40 / 12 Noyabr 2026
46
18:32 / 12 Noyabr 2026
196
18:28 / 12 Noyabr 2026
56
18:26 / 12 Noyabr 2026
76
18:16 / 12 Noyabr 2026
89
18:15 / 12 Noyabr 2026
78
18:07 / 12 Noyabr 2026
84
17:53 / 12 Noyabr 2026
83
17:19 / 12 Noyabr 2026
97
16:25 / 12 Noyabr 2026
104
16:21 / 12 Noyabr 2026
120
15:55 / 12 Noyabr 2026
120
15:36 / 12 Noyabr 2026
541
15:15 / 12 Noyabr 2026
193
15:12 / 12 Noyabr 2026
116
14:15 / 12 Noyabr 2026
192
14:04 / 12 Noyabr 2026
527
13:59 / 12 Noyabr 2026
409
13:55 / 12 Noyabr 2026
133
13:45 / 12 Noyabr 2026
265
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.