Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib
14 İyul 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
791
02.04.2026, 22:25
“Ermənistan hakimiyyəti Rusiyaya qarşı siyasətinin nəticələri ilə üzləşə bilər. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Kremldə Prezident Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən danışıqlardan bir gün sonra sərt bəyanat verib.
Oxu24.com Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Rıbar” Teleqram kanalı yazıb.
Kanalın məlumatına görə, Ermənistan Rusiya ilə dostluq və Avrasiya İqtisadi Birliyinə sadiqliyini bəyan etsə də, praktikada əməkdaşlığın zəiflədilməsi prosesi gedir.
“Ermənilər elə bir kritik nöqtəyə yaxınlaşıblar ki, bundan sonra Rusiya iqtisadi münasibətləri yenidən nəzərdən keçirməyə məcbur olacaq”, - Overçuk deyib.
Qeyd olunur ki, Avropa İttifaqına qoşulmaq istəyi və Qərbin tələblərini yerinə yetirmək cəhdləri artıq ermənilərə zərər vurub. 2025-ci ilin sonuna qədər Rusiya ilə ticarət itkilərinin 5-6 milyard dollara çatacağı bildirilir. Teleqram kanalının fikrincə, İrəvan rusiyalı milyarder Samvel karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi ilə investisiya mühitini pisləşdirib, bu şirkətdə Rusiya kapitalının olması səbəbindən rus biznesi özünü təhlükəsiz hiss etmir”.
Dəmir yolu konsessiyasının Rusiyadan alınması ilə bağlı Nikol Paşinyanın açıqlamalarının Kremldə “iqtisadi əsaslandırması” olmadığı və Moskvanı strateji kapitaldan məhrum etmək istəyi kimi qiymətləndirildiyi deyilir: “Rusiya Dəmir Yolları”nın bazardan sıxışdırılması Ermənistanın tranzit potensialının tam itirilməsinə səbəb ola bilər.
Məlumata görə, İrəvan “Metsamor” AES-in fəaliyyət müddətinin uzadılması üçün onu “Rosatom”dan alaraq, Avropa İttifaqı podratçılarına vermək qərarına gəlib. Yeni modul tipli reaktorların tikintisi üçün isə ABŞ-yə ümid edilir.
Həmçinin kanal iddia edir ki, Ermənistan ABŞ-nin Mehri dəhlizi (TRIPP) layihəsinə daxil olması ilə Rusiyanı kənarda qoymağa çalışır.
“Rusiya Ermənistana digər ölkələrlə münasibətləri inkişaf etdirməyi qadağan etmir, amma mövcud durumda Moskva əməkdaşlıq şərtlərini yenidən nəzərdən keçirməli olacaq. Rusiya biznesi Ermənistandan sıxışdırıldığı üçün imtiyazlı şəraitdən istifadə edən erməni biznesləri də bunun nəticələrini nəzərə almalıdır. Ermənistanın siyasəti özünün iqtisadi-enerji təhlükəsizliyini zəiflədir, amma hətta Rusiya hakimiyyətinin birbaşa xəbərdarlıqları belə bu prosesi yavaşlatmaya bilər”, - məqalənin sonunda vurğulanır.
00:17 / 15 İyul 2026
47
23:54 / 14 İyul 2026
59
23:34 / 14 İyul 2026
63
22:49 / 14 İyul 2026
67
22:22 / 14 İyul 2026
80
22:06 / 14 İyul 2026
163
21:25 / 14 İyul 2026
76
21:14 / 14 İyul 2026
91
20:50 / 14 İyul 2026
80
20:44 / 14 İyul 2026
82
20:36 / 14 İyul 2026
130
20:21 / 14 İyul 2026
74
20:03 / 14 İyul 2026
84
19:47 / 14 İyul 2026
85
19:25 / 14 İyul 2026
96
19:07 / 14 İyul 2026
147
18:43 / 14 İyul 2026
84
18:16 / 14 İyul 2026
102
18:03 / 14 İyul 2026
98
17:38 / 14 İyul 2026
107
17:30 / 14 İyul 2026
126
17:25 / 14 İyul 2026
131
17:20 / 14 İyul 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.